Məmurlarımız paltarları haradan alır?

 


Elmar Vəliyevin bahalı geyim kolleksiyası haqqında məlumatlar niyə ad günü ərəfəsində yayılıb?

 


Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin bahalı geyim kolleksiyası haqda elektron mediada məlumatlar yayılıb. Əksər elektron medianın yayımladığı həmin məlumatda qeyd edilir ki, ölkənin ikinçi ən böyük şəhərinin icra başçısı geyim əşyalarını Bakının ən bahalı kişi geyimləri mağazası sayılan "Stefano Ricci”dan alır. "Stefano Ricci” brendində satılan kostyumun qiyməti -13 500 manat, ayaqqabı-8 600 manat, "vitrovka kurtka” – 11 000 min manat, qalstuk -720 manat, köynək-2050 manat təşkil edir. Xəbər müəllifləri iddia edirlər ki, icra başçısı hər dəfə üst geyimini təzələmək üçün ən azından 36 min manat pulundan keçməli olur. Bu məlumatın nə qədər həqiqət olduğunu söyləmək çətindir. Ancaq unutmaq lazım deyil ki,Elmar Vəliyev uzun illər Yevlax Gömrük İdarəsinin rəisi işləyib. 2004-cü ildən Yevlax Şəhər İcra hakimiyyətinə, 2011-ci ildən isə Gəncə Şəhər İcra hakimiyyətinə başçılıq edir. Yeri gəlmişkən onu da qeyd edək ki, icra başçısının bahalı geyim kolleksiyası haqqında məlumat Elmar Vəliyevin ad günündən bir gün öncə,oktyabrın 2-də yayıldı. Görünür, kimlərsə bununla icra başçısının dünyaya gəlişini bu şəkildə "təbrik” etmək istəyiblər. Məlumdur ki, Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinə başçı təyin ediləndən və Tərtər və Bərdə rayonlarının, eləcə də Yevlax şəhərinin rəhbərliyinə öz kadrlarını təyin etdirə bildikdən sonra düşmənləri də çoxalıb. Bu rayon və şəhərlərdə öz mövqelərini itirən yerli klanlar Elmar Vəliyevi əsas hədəf seçiblər. Həmin klanların əksəriyyəti bu icra başçıllarının rəsmi faəliyyəti ilə bağlı məqamları qabartmaqdan çəkinir, bunun hakimiyyət əleyhinə addım kimi təqdim oluna biləcəyindən ehtiyyat edirlər. Ancaq icra başçısının bahalı geyim kolleksiyası, oğlunun maşın korteci haqqında məlumatlar asanlıqla dövriyyəyə buraxılır. İnsanların bahalı geyimlər bir yana, mövsümi geyimlər almağa çətinlik çəkdiyi bir cəmiyyətdə icra başçısnın bahalı geyim kolleksiaysı əlbəttə ki, geniş əks-səda doğurmalıdır. Buna görə də Elmar Vəliyevin bahalı geyim kolleksiyası təəccüblə qarşılanır. Əslində isə icra başçısının bahalı geyim kolleksiyası Azərbaycan oliqarxlarının geyimi ilə müqayisdə o qədər də bahalı hesab edilə bilməz. Çünki əksər oliqarxlar Azərbaycandakı heç bir geyim mağazasından paltar almırlar. Onların əksəriyyətinin italyan, fransız və ya ingilis dərzisi var. Bu dərzilərin əl işlərinin dəyəri bir neçə on min, palto və gödəcəklərin qiyməti isə yüz min dollarla hesablanır. Hətta bəzi məmurlar və oliqarxlar geyimlərinin, xüsusilə də göynəklərinin qolunda ad və soyadlarının baş hərifinin əks olunmasını da istəyir.

Nazirlərdən biri isə hətta dünyaca məşhur italyan dərzi Angelo Inglesenin əl işlərindən istifadə edir. Qeyd edək ki, Angelo Inglese Böyük Britaniya şəhzadəsi Uilyamın 2011-ci ildə Ketrin Middlton ilə toyunda bəyin köynəyini tikməsi ilə tarixə düşüb. Angelo Inglese ABŞ prezidenti Donald Trampın inauqurasiya zamanı geyindiyi köynəyin də müəllfidir. Məlumatlı mənbənin sözlərinə görə, Angelo Inglesein ustaları ildə bir neçə dəfə nazir-oliqarxın mövsümə uyğun geyimlərini tikmək məqsədilə Azərbaycana gəlir, müştərinin ölçülərini götürür və özlərinin yeni dəbləri ilə bağlı məlumatları müştəriyə verirlər. Ancaq paltarlar İtalyada, Angelo Inglesenin şəxsi dərzixanasında tikilir. Məlumatlı şəxsin sözlərinə görə, ən azı iki nəfrdən ibarət olan Angelo Inglesein dərzilərinin yol və Bakıda qalma xərclərinin hamısı nazir-oliqarxlar tərəfindən çəkilir. Yalnız bu məqsədlə xərclənən pullara isə Elmar Vəliyevin bahalı geyim aldığı deyilən "Stefano Ricci”-dən istənilən kostyumu almaq olar. Çox maraqlıdır ki, Angelo Inglesein dərzilərinin iş qrafiki və nazir-oliqarxın iş qrafiki italyanların Azərbaycana nə zaman gəlməsini əvvəlcədən müəyyən etməyə imkan vermədiyi üçün, onların nə zaman gəlməli oldquları və ya gələ biləcəkləri qısa zaman öncə bəlli olur. Bu zaman isə onlara sürətli şəkildə viza almaq lazım gəlir. Nazir-oliqarxın dərziləri bu zaman Azərbaycana rəsmi qonaq statusunda gəlir ki, onlara Xarici İşlər Nazirliyi həmin şəxslərə qısa müddət ərzində viza versin. Başqa bir nazir-oliqarx isə digər italyan dərzi Andrea Podavanın əl işlərindən istifadə edir.

Məlumatlı mənbə iddia edir ki, italyan dərzilərinin əl işləri bütün dünyada ən yaxşılardan sayılsa da, ən bahalı dərzilər ingilislərdir. İngilis dərzilərinin əl işləri itlayan həmkarının əl işlərindən 30-40 fazi baha olur.

Əlbəttə, Türkiyənin ortabab firmalarının geyimlərini almaqda çətinlik çəkən, buna görə Çin istehsalı olan zərərli geyimləri almaq və geymək məcburiyyətində qalan Azərbaycan insanı nazir-oliqarxların geyimi haqqında məlumatlı deyil. Ona görə, Elmar Vəliyevin bahalı geyim kolleksiyası ona fantastika kimi görünə bilər. Axı həmin sadə vətəndaşlar "Stefano Ricci”-nin də adını eşitməyiblər və onun nə olduğu haqqında məlumatları belə yoxdur. Sadə vətəndaşın Angelo Inglese və ya Andrea Podava haqqında məlumatlı olması isə, təəccüblü olardı.

Adəmin cənnətdən qovulması ilə insan əvvəlcə ayıb yerlərini, sonra isə ətraf mühitdən qorunmaq üçün geymdən istifadə etməyə başlayıb. Bu gün Azərbaycanda insanların əksər hissəsi çılpaq qalmamaq üçün, kiçik bir qisim isə özünün dəyərini, seçilmiş olduğunu nümayiş etdirmək üçün geyinir. İtalyan, fransız və ingilis dərzilər də inkinci halda lazım olur.

A.Nəbiyev,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}