Parlamentə bomba atıldı - VİDEO

Parlamentə bomba atıldı - VİDEO

 

 Ali Radanın bugünkü iclası da qalmaqalsız ötüşməyib.

Publika.az xəbər verir ki, "Ukraynskaya Pravda” nəşrinin məlumatına görə, "Azadlıq” fraksiyasından olan deputat Yuri Levçenko tribunaya qaz bombası atıb. Deputat bununla da müzakirələrə və səsverməyə mane olmaq istəyib.

Nəşrin yazdığına görə, Levçenko Ali Radadakı dünənki qalmaqalın da əsas səbəbkarlarından biri olub.

Qeyd edək ki, Ukrayna Ali Radası Donbasın xüsusi statusu haqqında qanunun müddətini uzadıb. Qərarı parlamentin 229 deputatı dəstəkləyib.

Sənəd çərşənbə günü Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən parlamentinin müzakirəsinə daxil edilib. Deputatlar ona dünən baxmalı idi, lakin müxalifət nümayəndələrinin iclas zalında tribunanı bloklaması müzakirələrin təxirə salınması ilə nəticələnib.

Parlament üzvlərinin bir hissəsi hesab ediblər ki, sənəd ölkənin federasiya halına salınması təhlükəsi ilə qarşı-qarşıya qoyur. Müxalifət deputatları Donbas regionlarının bolgüsü üçün şərtləri yenidən yazmağı tələb ediblər. Bundan sonra Poroşenko Ali Radanın qeydlərini nəzərə alaraq düzəliş edilmiş sənədi yenidən parlamentə göndərib.

Qanunda göstərilir ki, xüsusi status hərbi texnika, həmçinin Ukrayna ərazisindən qanunsuz silahlı birləşmələr və muzdluların çıxarılmasından sonra qüvvəyə minəcək.

Minsk razılaşmalarına əsasən, Kiyev Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarına xüsusi status verməyi öhdəsinə götürüb. Bu qanun 2014-cü ildə qəbul edilib.



Oxşar Xəbərlər

Xəbər lenti

Videolar