Baş prokurorun müavini:“Bu il 215 vəzifəli şəxs barəsində cinayət işi qaldırılıb”

 

"Bu il 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib".

 Bunu Baş prokurorun müavini, Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, hazırda Baş İdarənin icraatında 118 cinayət işi istintaq olunur.

 "Bank sahəsi ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb. Eyni zamanda, mənzil – tikinti sahəsi, bank olmayan kredit təşkilatlarının vəzifəli şəxsləri barəsində hazırda Baş İdarədə cinayət işləri istintaq olunur", – deyə K. Əliyev qeyd edib. (APA)



Oxşar Xəbərlər

Xəbər lenti

Videolar