Ərdoğan Qərbi PKK-nı dəstəkləməkdə ittiham etdi

 

"Avropa Birliyi ölkələri PKK terror təşkilatına sığınacaq verir və onlar tərəfindən müxtəlif aksiyaların keçirilməsinə mane olmurlar".

 RİA Novosti bildirir ki, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Onlar Berlinin küçələrndə gəzirlər. Onlar Parisdə, Avstriya boyu sərbəst hərəkət edirlər. Avropa Birliyi guya PKK-ya terror təşkilatı kimi baxır və onu qəbul etmir. Əgər bu belədirsə, onda onlar polisin mühafizəsi altında necə sərbəst gedə bilirlər? Niyə onlar öz separatçı təşkilatlarının liderinin portretlərini dövlət binalarında yerləşdirirlər?" – deyə Ankarada yerli hakimiyyət orqanları başçıları qarşısında çıxış edərkən Ərdoğan bildirib.

O əlavə edib ki, Avropa ölkələri yalnız görüntü yaradırlar ki, PKK ilə mübarizə aparırlar, amma əslində bu təşkilatı dəstəkləyirlər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}