Ukraynada inzibati binalar silahlılar tərəfindən ələ keçirildi - VİDEO - YENİLƏNDİ

Ukraynada inzibati binalar silahlılar tərəfindən ələ keçirildi - VİDEO - YENİLƏNDİ

 

Luqanskda "dövlət” çevrilişinə cəhdin qarşısı alınıb.

Bu haqda "Sarqrad” telekanalının müxbiri bildirib.

O bildirib ki, çevriliş cəhdinin arxasında "ukraynalı sahibləri”ndən asılı olan İqor Plotnitskinin yaxın ətrafı dayanırdı. İqor Plotnitskinin özü isə, təsdiq edilməmiş məlumatlara görə, şəxsi iqamətgahını tərk edib və naməlum istiqamətə gedib.

"İqor Plotnitskinin ətrafı ilə hüquq-mühafizə orqanlarının nümayəndələri arasında münaqişə sonuncuların xeyrinə başa çatıb. Əlavə etmək lazımdır ki, Plotnitskinin ətrafı onu bu vəziyyətdə zərbə altında qoyub”, - telekanalın müxbiri vurğulayıb.

***

Ukraynanın şərqində yaradılan "Luqansk Xalq Respublikası” separatçı qurumun mərkəzi olan Luqanskda inzibati binalar fərqlənmə nişanları olmayan naməlum silahlılar qrupu tərəfindən tutulub.

Publika.az xəbər verir ki, bu haqda "Novaya Gazeta”nın mənbələri bildirib.

Mənbələr iddia edir ki, onlar atıcı silahlara və minaatanlara malikdirlər. Separatçı qurumun başçısı İqor Plotnitski binaların azad edilməsini əmr edib, ancaq silahlılar əmrə əhəmiyyət verməyiblər.

Təsdiq edilməmiş məlumatlara görə, Donetskdən Luqanska içində döyüşçülərin olduğu üç "Ural” yük avtomobili gəlib. Bu döyüşçülərin "Donetsk Xalq Respublikası” separatçı qurumun başçısı Aleksandr Zaxarçenkonun tabeliyində olduğu bildirilir.

Daha əvvəl - noyabrın 20-də İqor Plotnitski "Daxili İşlər Nazirliyinin başçısı” İqor Kornetanı istefaya göndərib. Ancaq, məlumatlara görə, Korneta bu əmrə tabe olmaqdan imtina edib. Bu baxımdan, inzibati binaları tutan şəxslərin Kornetanın tabeliyində olan döyüşçülər olduğu təxmin edilir.

Silahlı toqquşma halları, həmçinin naməlum silahlılar tərəfindən irəli sürülən tələblər haqqında hələ məlumat yoxdur. Silahlılar "Daxili İşlər Nazirliyi”nin anti-terror əməliyyatı üzrə təlimlər keçirdiyini bildirməklə kifayətləniblər. "Daxili İşlər Nazirliyi” isə şərh verməkdən imtina edib.



Oxşar Xəbərlər

Xəbər lenti