YAXIN ŞƏRQİN KÖHNƏ VƏ HAZIRKI MƏNZƏRƏSİ –40 ildir bölgədə yaşayan məşhur siyasi kahinin TƏHLİLİ

YAXIN ŞƏRQİN KÖHNƏ VƏ HAZIRKI MƏNZƏRƏSİ –40 ildir bölgədə yaşayan məşhur siyasi kahinin TƏHLİLİ

 

Robert Fisk

"Independent” (Böyük Britaniya)

 

Vaxt vardı ki, ABŞ dövlət katibinin (hələ prezidenti demirik) sadəcə bir bəyanatı Yaxın Şərqdə telefonunun telefona calanmasına səbəb olurdu. Reyqan, Klinton, ata-oğul Buşlar və ya Obama həqiqətən bölgədə təsirli amerikalı liderlərdi. Onlar İsraildən (Vaşinqtonun siyasi həyatını məhv etmək gücünü qeyd etməməklə bərabər) heyranlıq duyurdu, az məlumatlı və həmişə pis rəftarlı idilər. Ancaq bu gün köhnə Osmanlı İmperiyasına görün kim zəng edir…

Bəli, yalnız Putinə, Əsədə, Ərdoğana, Sisiyə, Makrona və Ruhaniyə nəzər salın. Hazırda İŞİD-i məhv etmələri, ya da Suriyanı "xilas" etmələri və ya kürdləri "terrorçu" elan etmələri, yaxud baş nazir Səəd Həririni Səudiyyə Ərəbistanındakı girovluqdan çıxarmaları ilə məhz onlar gündəmdədirlər. Hərgah indi bilirik ki, Həriri həbs olunmayıb, istefa verməyib və istefa niyyət belə yoxdur. Məhəmməd bin Salman – Yəmən, Əsəd Suriyası, Qətər və "Əl-Cəzirə” və hətta yoxsul Livanı məhv etməyə cəhd göstərən Körfəz şahzadəsi də daha az və daha az təsirli görür. Onun İranla mübarizə aparmayacaq qonşuları qorxutmaq cəhdi – isterikada oyuncaqlarını ora-bura atan uşağı xatırladır.

Mən təxminən 40 ildir Yaxın Şərqdə yaşayıram və bura getdikcə daha az xoşuma gəlir. O zamanlar, yəni keçmişdə ABŞ-ın "siyasəti" çox real idi, doğrudur, daha çox sərsəm, dağılmaqda olan Sovet İttifaqı ilə balanslaşdırılmış, dinc diktatorlar silsiləsini daima dəstəkləyən (müxtəlif vaxtlarda bu, Səddam Hüseyn, Hafiz Əsəd, Ənvər Sadat, İordaniya kralı Hüseyn, polkovnik Qəddafi və İran şahı idi).

Bu, ABŞ və ya İsrail tərəfindən "terrorçu siyahıları"na gah salınan, gah da çıxarılan Fələstin Azadlıq Təşkilatı (FAT) və Ərəfatın belə "terrorist" olduğu zamanlar idi. Əslində, bu, Ərəfatın Livanda olduğu dönəmdə israillilərin gözəl dostu sayılacaq "HƏMAS” hərəkatını – indi də "terrorçu" qəfəsindədir – Qəzzada yeni məscidlər açmaq üçün təşviq etdiyi günlər idi. İsraillilər həmin təhlükəli kiçik siyasəti "unudublar".

O uzaq günlərdə, dünən bütün "terrorçular"ı "mülayimlər" kimi qəbul edən və tamamilə yeni bir dəhşət ocağını – "əl-Qaidə”ni və İŞİD-ləri – Allahdan qorxmaq üçün ortaya çıxarılan kultları yaradan kim idi? Dünyanın hər yerinə öz təsirini yayan və hətta Pentaqondakı karları onları "Qiyamət əlaməti" adlandırmasına məcbur edən kimlərdir?

Maraqlıdır ki, bu gün İran prezidenti İŞİD-in sonunu elan edir. Əvvəllər bu, "missiyanın başa çatması"ndan danışan Corc Buş idi.

Əlbəttə, indi Bəşər Əsədi Soçiyə dəvət edən, İran və Türkiyə prezidentləri ilə söhbət edən, Suriyada ordusu olan Putin Misir prezidenti marşal Sisinin də yaxşı dostu olaraq qalır. Xatırlayın, bu ay Sisini Parisə dəvət edən Emmanuel Makron insan haqları barədə (Misirdə 60 min siyasi məhbus, minlərlə "itkin" və bir çox açılmayan sirli cinayətlər var) bir kəlmə demədi. Şübhəsiz, Riyaddakı həbsxanasından Həririni çıxartdığı üçün Makrona minnətdarlıq bildirmək çox yaxşıdır və o, bunu çox yaxşı şəkildə etdi. Amma Fransanın deyil, daha çox Putinin Yaxın Şərqdə islahat mayakı olacağını düşünürəm. Əgər Bəşər Əsəd yenidən "hər kəs"lə danışıqlar aparmağa hazır olduğundan danışarsa, o, bunu yalnız Putinlə görüşdükdən və "Suriyaya qurtuluş verdiyi" üçün ona (özünü də əlavə edə bilər) təşəkkür etdikdən sonra deyir.

Həqiqətən, ABŞ hərdən gözə girən Amerika xüsusi təyinatlıları istisna olmaqla, gələcək aylarda unudulacaq üçhərfli təşkilatları olan kürdlərə yardım etməklə baxışımızdan tamamilə yoxa çıxdı. "Hizbullah”, məncə, Yaxın Şərqdə yalnız bir adı olan yeganə silahlı qüvvədir. Onlar "terrorçu" siyahısında olsalar da, – əlbəttə ki, Moskvada yox, – Putin "Hizbullah”ın müttəfiqi Bəşəri dəstəkləyir.

Bununla yanaşı, bütün bu illərdə ərəb və müsəlman xalqlarının Yaxın Şərqdə yaşadığı ədalətsizlik, yoxsulluq, cahillik, qorxu və hiddət çürümədi. Amerikalıların ələ aldığı "yeni" liderlərdən biri də Ərəb dünyasının böyük xəstəliyi olaN korrupsiyanı və ya Osmanlı İmperiyasının dağılarkən Yaxın Şərqə miras qoyduğu bərabərsizlik və qəbilə siyasətini yüngülləşdirmək üçün qollarını çırmalamadı.

Humanizm geri çəkilib, indi insan haqları və vətəndaş hüquqları bölgənin kontekstində kifayət qədər qeyd edilmir. Böyük Ərəb inqilabları, bəzi hallarda, Misirdə olduğu kimi, həqiqətdə xalqa "dərin dövlət” diktatorları, qəddar polisləri və paqonu qartallı generalları sevdirmək üçün yeniləşdirilir.

Bəlkə də Səudiyyə Ərəbistanı inqilab ərəfəsindədir. Mən həmişə düşündüm ki, nə vaxtsa kral ailəsi üzvləri bir-birinin qırtlağından yapışacaq və bu, padşahlığın sonunun başlanğıcı ola bilər.

Lakin Yaxın Şərqin çökmüş və dağınıq landşaftında hər hansı bir nikbinlik əlaməti tapmaq əsas yoxdur. Əlbəttə, məhz bu qorxunc mühitdə – İraq və Suriyadakı səhralardan tutmuş Afrikanın Sina yarımadasından Mali sahillərinə qədər – "əl-Qaidə”, daha sonra İŞİD-in – əllərində bıçaq olan kapüşonlu adamları yarandığını daim xatırlamalıyıq. Bu canavarın gələcəyi necə olacaq?

1970-ci illərin möhtəşəm günləri müqayisədə olduqca sadə görünür. Demək olar ki, korrupsiyalı köhnə FAT-ın qayıdışını arzulayırsınız. Hətta bu günlərdə ciddi Amerika xarici siyasətinin qayıdışı da rahatlıq olardı.

Dünənin təmtərağı Kiplinqin bir poemasında təsvir olunan "Ninəvadan Tirə qədər” olan görünüşü xatırladır.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}