Xristian terror təşkilatları:“təməlçilik” anlayışı xristian dinindən qaynaqlanır - Araşdırma

Xristian terror təşkilatları:“təməlçilik” anlayışı xristian dinindən qaynaqlanır - Araşdırma

 

Amerika milisionerləri və vətənsevərlər Hərəkatı üzvləri

 

Özlem Albayrak

Yeni Safak (Türkiyə), 16.12.2017

 

Dünya xüsusən 11 sentyabr teraktından sonra terrorizmi islamla eyniləşdirib. Açığını desək, guya islamın yayılması uğrunda vuruşduqları haqda ritorika ilə terror aktları həyata keçirən "əl-Qaidə”, Taliban, İŞİD kimi təşkilatlar bu təsəvvürün formalaşmasına xeyli töhfə verib. Buna baxmayaraq, dünyanın müxtəlif bölgələrində başqa dinləri də təmsil edən təməlçilər var. Misirdə ər-Rəud məscidində nəticədə 309 müsəlmanın həlak olduğu terakta görə məsuliyyəti öz üzərinə görüən "İsanın oğulları” adlı terror təşkilatı bunlardan yalnız biridir.

Misir məscidindəki partlayışın qurbanları

 

Məsciddə cümə namazı vaxtı əvvəlcə patlayış guruldayıb, sonra isə ibadət edənlərə atəş açılıb. Türkiyə baş verənlərdən sonra birgünlük matəm elan edib. Amma bu qədər böyük və qəddar terroru həyata keçirərək gözünü qırpmadan 309 müsəlmanı öldürmüş təşkilat haqda internetdə məlumat arasanız, türk dilində bircə qaynaq da tapa bilməzsiniz; bu təşkilat barədə xarici qaynaqlarda da nəyəsə dəyən hansısa bir məlumat yoxdur. Bununla yanaşı, bir tendensiya diqqəti özünə çəkir – bu kütləvi qırğını ənənəvi refleks üzrə İŞİD-in ayağına yazmaq. Bu, xristianlığın və ya islam istisna olmaqla hansısa başqa bir dinin terrorizmlə bağlı ola biləcəyi haqda şübhələrlə, yoxsa onun nisbətən yeni təşkilat olmasıyla bağlıdır – məlum deyil. Amma bir şeyi dəqiq bilirəm: yayılmış fikirlərə rəğmən "təməlçilik” anlayışı xristian dinindən qaynaqlanır, özünü xristianlıqla eyniləşdirərək teraktlar həyata keçirən təşkilatlar isə göründüyündən xeyli çoxdur.

"Təməlçilik” anlayışı əvvəlcə incilçi mühafizəkar ilahiyyatçıların müqəddəs mətnləri hərfiyyən oxumasından istifadəylə XX əsrdə Amerikada meydana çıxan paradiqmaya istinadən doğulub. Yəni təməlçilik – xristian etiqadı və təcrübəsidir.

Təşkilatlara gəlincə, bunlardan birincisi Amerika milisioner və vətənsevərlər Hərəkatıdır. Xristian dəyərlərini ifadə edən bu təşkilat Amerikada müxtəlif dövrlərdə terror aktları həyata keçirib. 1995-ci ildə Oklahoma-Sitidə kübrələrdən hazırlanmış partladıcı bərkidilən avtomobilin  partladılması nəticəsində həyata keçirilmiş və 169 nəfərin həyatını aparmış terakt ən böyük teraktlardan biriydi. Xristian dəyərlərini və ağların üstünlüyünü müdafiə edən bu təşkilatın ideoloji tarixi daha uzağa gedir, onun üzvləri isə, sanıldığı kimi, 1994-1996-ci illər arasındakı çoxlu partlayış, bankların qarəti, dəmiryol təxribatları və başqa zorakılıqlara görə sorumludurlar (lakin bunu açmaq mümkün olmayıb).

Daha bir terrorçu qurum Afrikada fəaliyyət göstərir və "Tanrının müqavimət ordusu” (Lord of Resistance Army) adlanır.  Elis Lakvena adlı rahibənin qurduğu bu təşkilat hər şeydən əvvəl Uqanda, Konqo, Cənubi Sudan, Mərkəzi Afrika ərazisində teokratik xristian dövləti qurmağı qarşısına məqsəd qoyub, On minlərlə adamın həyatı bu ölkələrin xalqlarını müntəzəm şəkildə sıxışdıran bu təşkilatın hesabındadır. İki milyon adam onun vəhşicəsinə hücumlarından qurtulmaq cəhdiylə evini tərk etməyə məcbur olub; terrorçular uşaqları oğurlayıb (on minlərlədən 600 minədək rəqəm göstərilir), onlara təlim keçərək terror aktlarında istifadə edib. Bu təşkilatın ən geniş yayılan aksiyası əl-ayağın kəsilməsidir. Təşkilat üzvləri öz qəmələrini xatırladan ayaqları müqəddəs sayırlar.

Misirdə Allaha ibadət vaxtı 300-dən çox adamı öldürən "İsanın oğulları” kimi onun haqqında da çox məlumat əldə etmək mümkün olmadığı kimi  minlərlə insanın həlakında günahkar olan "Tanrının müqavimət ordusu” haqqında da az şey məlumdur. "Tanrının müqavimət ordusu” dünya KİV-lərində İŞİD-ə, "Boko Haram”a və müsəlman eyniyyəti əsasında əlinə silah götürən başqa terrorçu təşkilatlara ayrılan yerin onda birini də tutmur. Hətta özəl marağınız yoxdursa, illərlə yaşayıb və hətta bu dünyanı tərk edə bilər, beləcə bilməzsiniz ki, Afrikada bu cür qəddar xristian terror təşkilatı var… Durum bu qədər ciddidir…

"Tanrının müqavimət ordusu”nun yenilənmiş qanadı kimi Myanmada fəaliyyət göstərən daha bir terror təşkilatı var və adı "Tanrı ordusu”dur (God's Army). O da məqsəd güdür – Myanmada Bibliya kanonlarıyla yönəldilən dövlət qurmaq. Bu təşkilatın üsulları isə onun Afrika analoqununkundan az qəddar deyil.

Aum sektasının qurucusu Seko Asahara

 

Hindistan ərazisində xristianların sıx yaşadıqları ərazilərdə fəaliyyət göstərən başqa bir terror qurumu – "Nagaland Rebels”dir. Hesab olunduğu kimi, Hindistanda 2004-cü ildə guruldamış bir neçə partlayışla əlaqəsi olan təşkilatın son məqsədi Birmanı və qonşu şəhərlərdəki xristianları birləşdirməklə Hindistandan asılı olmayan xristian dövləti yaratmaqdır.

Daha bir gizli dini ekstremist təşkilat "Fines keşişləri”dir. Hesab olunur ki, bu xristian hərəkatı ABŞ-da əsaslanmasından savayı, onun üzvləri hökumətin aça bilmədiyi bəzi terror aktlarına görə sorumludurlar.

Biz hətta IRA, ETA-nı, Meksikadakı "Sapatist milli azadlıq ordusu” adlı silahlı təşkilatı, Yaponiyada tərk-dünya dini təriqət kimi meydana çıxmış və xeyli sayda terakta görə sorumlu "Aum Sinrikö”-nü bu siyahıya daxil etmədik. Çünki üzvləri öz teraktlarında xristian təməlçiliyindən impuls almırlar…

Təməlçilik və terrorizmi ancaq islama bağlayan və bütün şər işlərin, məsələn, günahsız adamların qəddarcasına öldürülməsinin yalnız islamdan qaynaqlandığına inanan hər kəsin bunları nəzərə alması faydalı olardı…



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}