YAP sədrinin müavinindən Prezident seçkiləri haqda açıqlama: "İlham Əliyevin şansı..."

YAP sədrinin müavinindən Prezident seçkiləri haqda açıqlama: "İlham Əliyevin şansı..."

 

"Gələn ilin oktyabrında ölkəmizdə prezident seçkiləri keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin yüksək seçilmək şansı var. Əminik ki, biz növbəti dekabr konfransını Prezident İlham Əliyevin qələbəsi kimi qeyd edəcəyik”.
Sozcu.info Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən "Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları" adlı konfransda deyib.
 
Onun sözlərinə görə, Azərbaycan qlobal layihələrin reallaşmasında böyük rola malikdir:
 
"Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən "Əsrin Müqaviləsi"nin müddətinin uzadılması ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq nüfuzumuzun artması bu layihələrin dividentləri sayıla bilər".
 
Ə.Əhmədov bildirib ki, Azərbaycanın malik olduğu üstünlükdən Prezident İlham Əliyev məharətlə istifadə edir:
 
"Beləliklə, qlobal layihələrin həyata keçirilməsi həm iqtisadi dividentlər gətirir, həm də ölkəmiz bütün dünyanın enerji kommunikasiya mərkəzinə çevrilir. Bununla da Azərbaycanın dünyada mövqeyi əhəmiyyətli şəkildə artmış olur".


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}