Gürcüstan prezidenti 3 nəfər Azərbaycan vətəndaşını əfv etdi

 

"Gürcüstan prezidentinin əfv etdiyi şəxslər sırasında 3 nəfər Azərbaycan Respublikasının vətəndaşı var”.

Bu sözləri "Report”a açıqlamasında Gürcüstan Əfv Komissiyasının sədri Zviad Koridze söyləyib.

Komissiya sədri deyib ki, Gürcüstan prezidentinin əfv etdiyi Azərbaycan Respublikası vətəndaşlarından biri bu gün həbsxanadan azadlığa çıxacaq: "Digər iki nəfərin isə cəzası azaldılıb”.

Z.Koridzenin sözlərinə görə, Komissiyada ümumilikdə 1182 müraciətə baxılıb. Gürcüstan prezidenti dekabrın 27-də onlardan 187 nəfərini əfv edib. Əfv olunanlardan 3-ü azyaşlı, 12-si qadındır. Əfv olunan 187 nəfərdən 123-ü bu gün cəzaçəkmə müəssisəsini tərk edəcək.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}