Rusiya XİN:“ABŞ-ın Azərbaycanla bağlı çağırışı cəfəngiyyatdır”

Rusiya XİN:“ABŞ-ın Azərbaycanla bağlı çağırışı cəfəngiyyatdır”

 

Rusiya Xarici Nazirliyi ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Dövlət Departamentinin turistlərə Azərbaycana səfər etməkdən çəkinməklə bağı çağırışını cəfəngiyyat adlandırıb: "Bunu ancaq Azərbaycanda olmayan, onun mədəniyyətini, siyasi reallığını bilməyən, Azərbaycanın yerini xəritədə göstərə bilməyənlər edə bilər".

M. Zaxarova dəfələrlə Azərbaycanda, Bakıda olduğunu xatırladıb: "Azərbaycan dəfələrlə idman, mədəniyyət sahəsində bir sıra beynəlxalq tədbirləri uğurla keçirib. Nədənsə beynəlxalq tədbirləri uğurla keçirən ölkələr qərbli tərəfdaşlarımızda qıcıq yaradır. Mən dəfələrlə Azərbaycanda, Bakıda olmuşam. Məmnuniyyətlə bu ölkəyə gedirəm. Bakının tarixi yerləri, restoranları, muzeyləri tamamilə təhlükəsizdir. Ona görə də turistlərə Azərbaycana, Bakıya səfər etməməyi tövsiyə etmək tamamilə cəfəngiyyatdır. Bir daha təkrar edirəm ki, bunu ancaq Azərbaycan haqqında, onun mədəniyyəti, siyasi reallığı haqqında təsəvvürə malik olmayanlar, hətta xəritədə belə bu ölkənin yerini göstərə bilməyənlər edə bilər".

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin amerikalı turistlər üçün hazırladığı səfər tövsiyəsində səfər etmək üçün təhlükə baxımından ölkələr 4 qrupa bölünüb.

Azərbaycan 2-ci qrupa – səfər zamanı yüksək ehtiyatlılıq nümayiş etdirilməli, terror riski olan ölkələr sırasına daxil edilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}