Adnan Oktar kediciklərə altı ay yaxınlaşmayacaq - Cinayət işi - Foto - Video

Adnan Oktar kediciklərə altı ay yaxınlaşmayacaq - Cinayət işi - Foto - Video

 

Qızlarını 7 ildən sonra türkiyəli din xadimi Adnan Oktarın (Harun Yəhya) verilişində görən və Avstryadan Türkiyəyə gələrək polisə şikayət edən Elvan Koçakın müraciəti üzrə Anadolu Baş Prokurorluğunda araşdırma aparılır.

Teleqraf.com xəbər verir ki, prokurorluğun tələbi üzrə E.Koçakın yetkinlik yaşına çatmayan qızları B.K və M.K-nın 6 ay anasından və Adnan Oktardan kənar saxlanılacaq.

Prokuroruq qızların anası Gülpəri K. və Adnan Oktar haqqında "şəxsin azadlığının məhdudlaşdırılması" üzrə cinayət işi açıb.

Qeyd edək ki, E.Koçak polisə müraciətində bildirib ki, əkiz qızı B.K və M.Koçak 17 yaşlarındadırlar. Adnan Oktar yetkinlik yaşına çatmayan qızları televiziyaya çıxararaq şou göstərir.

E.Koçak həyat yoldaşından 7 il öncə ayrılıb. Ailəsi Vyanadan Türkiyəyə gəlib. Qızlarının Adnan Oktarın verilişinə çıxdığını ona Vyanada yaşayan qohumları bildirib.

E.Koçak qeyd edib ki, övladları Vyanada yaxşı təhsil alıblar. Amma Türkiyəyə gələndən sonra davamlı təhsil ala bilməyiblər və Adnan Oktarın təsiri altına düşüblər.


Müəllif: Ayxan


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}