İranda Prezident sarayına hücum olub –Hucum edən şəxs xəstəxanada ölüb

İranda Prezident sarayına hücum olub –Hucum edən şəxs xəstəxanada ölüb

 

İranda Prezident sarayına soyuq silahla hücum edən şəxs zərərsizləşdirilib.

Tehran valisinin təhlükəsizlik məsələləri üzrə müavini Möhsün Həmədani mətbuat nümayəndələrinə açıqlamasında bildirib ki, günorta saatlarında 35 yaşlı kişi əlindəki soyuq silahla Prezident sarayına daxil olmağa cəhd edib. Onun sözlərinə görə, mühafizəçilərin xəbərdarlığına baxmayaraq, zorla saraya girməyə çalışan şəxsə qarşı odlu silahdan atəş aşılıb. Həmin şəxs saxlanılıb və xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, xəstəxanada ölüb. Hazırda bu şəxsin kimliyi və hansı məqsədlə Prezident sarayına soyuq silahla hücum etməsi araşdırılır.

Qeyd edək ki, həmin vaxt Prezident Həsən Ruhani saraydakı iş otağında olub. 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}