Cocuq Mərcanlı üzərindən özünü reklam edən Elkaponi

 

2016-cı ilin aprelində həyata keçirilən uğurlu döyüşlər zamanı kəndin yaxınlığındakı Lələ təpə erməni işğalından azad edildi və Cocuq Mərcanlıya təhlükə aradan qalxdı. Bununla da işğala qədər burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün kənddə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yarandı.

Prezident İlham Əliyev erməni silahlı qüvvələrinin işğalından zərər çəkmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası haqqında sərəncam imzaladı. Prezident İlham Əliyev göstərişlərilə bölgədə yenidənqurma və abadlıq işlərinə başlanıldı. İlkin mərhələdə 100 fərdi yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi, digər zəruri sosial və infrastruktur obyektlər tikilərək istifadəyə verildi. Hazırda daha 100 ev öz sakinlərini gözləyir.

Belə bir məqamda Rusiyada yaşayan azərbaycanlı iş adamı, daha çox Frenk Elkaponi kimi tanınan Fizuli Məmmədov Modern.az-a prezident İlham Əliyevin sərəncamına dəstək olaraq, Cocuq Mərcanlının bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan etdi:

"Prezident İlham Əliyevin müvafiq sərəncamına dəstək olaraq "Dünya Azərbaycanlıları İttifaqı” azad olunmuş Azərbaycan ərazilərinə sərmayələrin cəlb olunmasında iştirak etməyə hazırdır. "Dünya Azərbaycanlıları İttifaqı”, başda mən olmaqla, ilkin olaraq erməni işğalından azad edilmiş torpaqlarımıza 3 milyon manat vəsait qoymağa hazır olduğumuzu bəyan edir və bütün dünyada yaşayan iş adamlarını da eyni məsuliyyətlə prezidentimizə və hökumətimizə dəstək nümayiş etdirərək yardımlarını əsirgəməməyə çağırırıq.

Çox ümid edirəm ki, Cocuq Mərcanlıdan sonra erməni işğalından azad olunacaq Xankəndinin, Xocalının, Şuşanın, Ağdamın, Laçının, Qubadlının və Azərbaycanın digər şəhər və kəndlərinin də bərpasında iştirak edəcəyik. Bu gün Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirərək, vətənimizi etibarlı müdafiə edir və addım-addım onun işğal olunmuş torpaqlarını azad edirlər. Biz, bütün dünyada olan azərbaycanlı iş adamları öz növbəmizdə əsl vətənpərvərlik göstərməli və Azərbaycan hökümətinə bu ərazilərin bərpa olunmasında kömək etməliyik”.

Cəmiyyət tərəfindən böyük həyəcanla qarşılanan bu açıqlamanın sonradan Frenk Elkaponinin özünə "xal toplamağa” xidmət etdiyi məlum oldu. Bunu Lələ təpənin işğaldan azad olunmasına qədər 24 il müddətinə ata yurdunu tərk etməyən, Cocuq Mərcanlıda tək yaşayan Oqtay Həziyev Modern.az-a təsdiq edib:

"Bizim dövlətin başında duran rəhbərimiz var-cənab İlham Əliyev. Bütün Cocuq Mərcanlıya lazım olan hər şey ölkə rəhbərimizin göstəriş və tapşırıqları ilə icra edilir. Bizim dövlətimiz var, bizə lazım olan yardımı da edir, köməyi də. Başqa heç kim kəndə heç nə verməyib”.

O.Həziyev Cocuq Mərcanlı üzərindən özünü reklamın çox yersiz olduğunu qeyd edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}