Nərimanov rayonunun icra hakimiyyəti sakinlərə “atdı”

 

Ötən ilin son günlərində virtualaz.org Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 15-də yerləşən dördmərtəbəli binanın qəzalı vəziyyəti barədə yazmışdı. Qeyd etmişdik ki, binada yaşayan 51 ailə real təhlükə qarşısında olduqlarını deyir və səksəkə içərisində yaşamaqdadırlar.

Bildirildiyinə görə, bina 1928-ci ildə istifadəyə verilib. Hələ 2011-ci ildən qəzalı binaların siyahısına daxil edilib.

İcra Hakimiyyətinin nümayəndələri sakinləri əmin etmişdilər ki, bina Nazirlər Kabinetinin təsdiqlədiyi, köhnə, qəzalı binaların sökülərək yerində yeni binaların tikilməsini nəzərdə tutan "pilot layihə” siyahısına daxil edilib və söküləcək.

 

Həmin yazının "qırx”ı çıxdı və qərara aldıq ki, binada vəziyyətin dəyişib-dəyişmədiyini yoxlayaq. Nərimanov rayon icra hakimiyyəti başçısının müavini Şahmar İbadov bizə cavab vermək istəmədi. "Suallarınıza cavab verə bilmərəm. Nahar fasiləsindəyəm”, - dedi.

Lakin Nərimanov RİH təsərrüfat şöbəsində daha ətraflı cavab verdilər: "Mayakovski,15-dəki sakinlər hələ də köçürülməyib, halbuki bina qəzalı binaların siyahısına daxildir...”

"İcra hakimiyyəti rəhbərlərinin sözlərinin üstündə durmamaları onlara şərəf gətirmir. Onlar vətəndaşları təhlükəsiz yaşayış yeri ilə təmin etmək üçün vəsait tapmalı və onların köçürülməsi üçün kompensasiya təqdim etməli idilər”, hüquq müdafiəçisi Murad Sadəddinov bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}