ABŞ dövlət katibi: "Bundan sonra Türkiyə ilə birlikdə hərəkət edəcəyik"

 

"Bu mərhələdən sonra Türkiyə ilə birlikdə hərəkət edəcəyik".

APA-nın verdiyi məlumata görə, bu sözləri ABŞ dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri çərçivəsində Ankarada həmkarı Mövlut Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

R. Tillerson bildirib ki, artıq iki müttəfiq ölkə ayrılıqda hərəkət etməyəcək: "Biz birlikdə Suriyadakı bütün problemləri dəyərləndirəcəyik. Birlikdə hərəkət edəcəyik. İŞİD-lə mübarizə aparacağıq. Ərazilərin təhlükəsizliyini təmin edəcəyik. Görüləcək çox iş var. Sürətlə başlamalıyıq. Bu istiqamətdə ilk qrup martın ortasında toplanacaq. Lakin vacib bir hal olduqda gözləməyəcəyik”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}