MDB-nin Azərbaycandakı seçkiləri müşahidə missiyasına o rəhbərlik edəcək

 

MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev MDB-nin Azərbaycanda prezident seçkiləri ilə bağlı müşahidə missiyasına rəhbərlik edə bilər.

Virtualaz.org bildirir ki, bu barədə TASS məlumat yayıb.

Agentlik bildirir ki, bunu MDB ölkələri Daimi Nümayəndəlikləri Şurasının iclasından öncə verdiyi açıqlamada S. Lebedev özü deyib.

O bildirib ki, Şuranın iclasında nümayəndə heyətinə rəhbərlik və onun namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunacaq.

"Əgər bu baş verərsə, onda mən minnətdarlıqla bu təklifi qəbul edəcəyəm", - deyə MDB İcraiyyə Komitəsinin başçısı vurğulayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}