Azərbaycanın Rusiya ilə sərhədində ilk sərhəd nişanı quraşdırılıb –FOTO

Azərbaycanın Rusiya ilə sərhədində ilk sərhəd nişanı quraşdırılıb –FOTO

 

Fevralın 22-də Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin demarkasiyası üzrə dövltələrarası birgə komissiyanın Bakıda iclası başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Komissiya bu gün Azərbaycanın Qusar rayonunun Zuxul kəndi (Bakıdan 200 kilometr şimal) ərazisində Azərbaycanın Rusiya ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması mərasimində iştirak edib. Mərasimdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, xarici işlər nazirinin müavini, Azərbaycan və Rusiya arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov, Rusiyanın Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Vadim Postnov, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndə heyətinin rəhbəri Aleksey Buyerov çıxış edib.

Dövlət sərhədinin demarkasiyası işlərinin ən yaxın zamanda uğurla başa çatdırılacağı qeyd olunub. (Amerikanın Səsi)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}