İcra başçısı 100-200 yaşı olan böyük çinar ağaclarını bir gecədə kəsdirdi - GÖYÇAYDAN ŞİKAYƏT

İcra başçısı 100-200 yaşı olan böyük çinar ağaclarını bir gecədə kəsdirdi - GÖYÇAYDAN ŞİKAYƏT

 

Göyçay rayonunun bir qrup sakini tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qanunsuz əməllərinə etiraz edirlər. Mətbuda qeyd olunur:
"Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin özbaşınalığından cana doymuş insanlar artıq intihar həddindəyik. Çinarı və narı ilə dünyada şöhrət tapan Göyçayda yüzlərlə yaşı olan çinarları Mehdi Səlimzadə kütləvi şəkildə kəsdirib, rayonu xarabaya çevirir. Məqsəd ağacları kəsdirib ərazini satmaq və özü üçün ticarət mərkəzləri, bazarlar açmaqdır.
Göyçay şəhərinin Rəsulzadə küçəsində yerləşən musiqi məktəbini və uşaq bağçasını sökdürən Mehdi Səlimzadə yerində mənzilləri satmaq üçün hündürmərtəbəli bina tikdirir.
Mehdi Səlimzadə özünə məxsus Təzə Bazarın ərazisini genişləndirmək üçün yaxınlıqdakı 100-200 yaşı olan böyük çinar ağaclarını bir gecədə kəsdirib yox etdirmişdir. Mehdi Səlimzadə kənd icra nümayəndələrini və bələdiyyə sədrlərini bezdirib. Artıq 16 kəndin icra nümayəndəsi və bir o qədər də bələdiyyə sədri tutduğu vəzifədən çıxmaq ərizəsi yazaraq icra başçısına təqdim ediblər. İcra başçısı onlara "işdən çıxacağınız təqdirdə evə yox, türməyə gedəcəksiniz” deyərək, onları həbslə hədələyib.
5 gün əvvəl icra hakimiyyətində keçirilən iclasda bələdiyyə sədrinin telefonu yadından çıxıb zalda oturacağın üzərində qalıb.Telefonu icra başçısının qardaşı oğlu, kadrlar şöbəsinin müdiri Səməd Cəbrayılov götürür. İclasdan sonra bələdiyyə sədri telefonunu tapmaq üçün başqa telefonla öz nömrəsinə zəng edir. Telefonunun Səməd Cəbrayılovda olduğunu bilib onun iş otağına gəlir, "çox sağ ol, qardaş” deyib minnətdarlığını bildirir. Səməd Cəbrayılov onun üstünə qışqırırb "qardaş nədi, Səməd müəllim deməli idin" bildirir. Buna görə bələdiyə sədrindən küllü miqdarda pul alıb cəzalandırır.
Qeyd edək ki, Mehdi Səlimzadənin qardaşı oğlu Səməd Cəbrayılov İcra hakimiyətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyir. Mehdi Səlimzadə Göyçaya icra başçısı vəzifəsinə təyin olunana qədər Səmədi Göyçayda hamı qəssab kimi tanıyırdı. Əmisinin icra başçısı təyinatından sonra Səməd Cəbrayılov Göyçay Gənclər Mərkəzinin müdiri, sonra isə icra hakimiyyətinin kadrlar şöbəsinə müdir vəzifəsinə gətirilir. Orta məktəbi güclə oxuyan Səməd Cəbrayılov latın əlifbası ilə adını belə yaza bilmir. Göyçayılıar Səmədin vəzifəyə təyinatını heyrət və gülüşlə qarşıladılar. İndi Səmədin başı anacq Təzə Bazarın ərazisini genişləndirmək üçün yaxınlıqdakı yaşıl və qiymətli ağacları kütləci qırdırmaqa qarışıb.
Səmədin qardaşı Əlini isə hamı ruhi xəstə kimi tanıyırdı ki, indi o, Göyça bələdiyyəsini və şəhər sovetliyini formal olaraq idarə edir. Artıq Göyçayda ona hamı "mer-qorod” deyir. Ruhi xəstə olan Əlinin işi əmisinin və qardaşı Səmədin yeni fəaliyyətə başladığı "Təzə Bazar"-ın gəlirini saymaq, şəhərdə olan boş əraziləri nişanlayıb satmaqdır.
Göyçay Avtonəqliyyat MMC-nin şəhərin Nizami küçəsinə açılan iki qapısını əhalinin təhlükəsizliyinin təmin edilməsi adı ilə bağlatdıran Mehdi Səlimzadə sonradan paralel küçədə açdığı "Təzə Bazar”a 3 böyük qapı açdırıb. Bu isə əhalinin həyatına həqiqətən ciddi təhlükə yaradıb. Hətta "Təzə Bazar”ın qarşısnda böyük yolda saatlarla tıxac yaranır.Təzə Bazar fəaliyətə başlayandan orada iki piyadanı avtomobil vurub öldürüb, dəfələrlə avtomobil qəzaları baş verib.
Azərbaycanda bütün rayonlarda icra başçıslarının başı prezident seçkilərinə qarışdığı vaxtda Göyçayda isə Mehdi Səlimzdənin başı bazar açmağa, qiymətli ağacları kəsdirməyə, buna tikdirməyə, idarə-müəssisə rəhbərlərini soymağa qarşıb. Göyçay sakinlərini bir suala cavab tapmaq istəyirlər ki, Mehdi Səlimzadəni bura icra başçsı vəzifəsinə təyin ediblər, yoxsa bazara müdir?
Hörmətli Prezident! Cənab İlham Əliyev! Xahiş edirik ki, Mehdi Səlimzadənin əməllərini araşdırıb onun barəsində tədbir görəsiniz”.
Qeyd edək ki, məktuba Əliyev Cabir Saday oğlu, Qasımov Əlövsət Nizami oğlu, Yaqubova Sona Ağalar qızı, Məmmədova Laləzar Tapdıq qızı, Xanlarov Fuad Paşa oğlu imza atıblar.

Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}