Bərzani rəsmi Bağdadı hədələdi və xalqa müraciət etdi:"Artıq cavab verməyin vaxtı çatdı" - Büdcəyə etiraz böyüyür

Bərzani rəsmi Bağdadı hədələdi və xalqa müraciət etdi:"Artıq cavab verməyin vaxtı çatdı"

 

Kürdüstan Demokratik Partiyasının (KDP) sədri olaraq vəzifəsini icra edən Məsud Bərzani 1991-ci ildə İraq lideri Səddam Hüseynə qarşı kürdlərin başlatdığı üsyanın 27-ci ildönümü ilə bağlı xalqa müraciət ünvanlayıb.

Sozcu.info  xarici mətbuata istinadən xəbər verir ki, Bərzani müraciətində İraq parlamentinin dünən kürd siyasi partiyalarının boykot etdiyi iclasında səs çoxluğuyla qəbul edilən yeni büdcə layihəsinin əleyhinə çıxıb.

O, yeni büdcənin ittifaq, ortaqlıq, balans və konstitusiya haqları kimi bağlılıqlarla bir araya sığmadığını bildirib. Əlavə edib ki, yeni büdcə layihəsində Kürd Muxtariyyəti və xalqı məqsədli şəkildə "gözdən çıxarılıb".

Daha sonra Bərzani İraq mərkəzi hökumətinə ultimatum verib: "Artıq İraq Kürd Muxtar Vilayətindəki bütün tərəflərin bir araya gəlib, İraq parlamentinə cavab vermə vaxtı çatıb. Bunun üçün də bütün maraqlı tərəflər vəziyyətə uyğun ortaq qərar verməlidir".

Xatırladaq ki, İraqda siyasi böhrana səbəb olan 2018-ci ilin Dövlət Büdcəsidünən səs çoxluğu ilə qəbul edilib. Kürd deputatlar isə layihəyə etiraz olaraq, dünən parlamenti boykot ediblər. 

Yeni qəbul edilən və "kəmərsıxma büdcəsi" kimi izah olunan büdcə layihəsində Kürd Muxtar Vilayətinə ayrılan vəsaitlər ötən illə müqayisədə 12,6 faiz həcminə endirilib.

Qeyd edək ki, "müstəqillik referendumu"na qədər kürdlərə büdcədən 17 faiz pay ayrılıb. Eyni zamanda, neft nəqli, quyularından çıxarılan neft məhsulları, hava limanları və sair kimi sahələrdən əldə edilən gəlirlər də rəsmi Ərbilin sərəncamında olub.

Referendumdan sonra İraq mərkəzi hökuməti ilə yaşanan böhrandan sonra Bərzani vəzifəsindən getməyə məcbur qalıb, üstəlik qeyd edilən gəlirlər də Ərbilin əlindən çıxıb. İraq hakimiyyəti isə büdcədən payı azaltmaqla, görünür, kürdlərin yenidən toparlanmasından hələ də ehtiyatlanır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}