Rusiya qərbə tərəf döyüş başlıqlı “İsgəndər-M” raketi buraxdı

 

Rusiyanın Qərb hərbi dairəsinin qoşun birləşmələri "Kapustin Yar” poliqonunda döyüş başlıqlı "İsgəndər-M” raketi ilə şərti hədəfə zərbə endiriblər. Virtualaz.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə raket 100 kilometr məsafədə şərti düşmənin komanda məntəqəsini yüksək dəqiqliklə vurub. Nazirlik raket buraxılışı zamanı şəxsi heyətin işini "əla” qiymətləndirib. "İsgəndər-M” raketinin buraxılması Qərb hərbi dairəsinin qoşunlarının taktiki təlimlərinin yekun mərhələsi olub.

Rusiya Kalininqrad vilayətində "İsgəndər-M” operativ-taktiki raketləri yerləşdirib. Nüvə başlığı daşıyan və 400 kilometr radiuslu bu raketlər kvaziballistik trayektoriya ilə uçur, Rusiya tərəfi əmindir ki, raketi neytrallaşdırmaq mümkün deyil.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}