NİYYƏTLƏR BƏLLİ OLDU - TEHRAN HÖKUMƏTİ...

NİYYƏTLƏR BƏLLİ OLDU - TEHRAN HÖKUMƏTİ...

 

Suriya-İran arasında 36 milyon dollarlıq hesab və neft-qaz, fosfat yataqları

Hurriyyet.org xəbər verir ki, illərlə daxili müharibə vəziyyətində olan Suriya dövlətinin hökumətinə daim yardım edən Tehran borclarını neft və qaz şəklində geri almağı planlaşdırır.

Terror təşkilatlarının meydan suladığı ölkədə milyonlarla insan qaçqın düşüb, müxtəlif qüvvələrin toqquşmalarının qurbanına çevrilib. Belə bir vəziyyətdə olan ölkənin rəhbəri olan Bəşər Əsədi ən çox dəstəkləyən İran olub.

Tehran hökumətinin Bəşər Əsəd hökumətinə son 7 il ərzində 36 milyon dollar yardım etdiyi bildirilir.

Bu rəqəm İranın illik müdafiə büdcəsinin 3 qatına bərabərdir. Bu faktın aşkara çıxması İranda mübahisələrə və etirazlara səbəb olsa da hökumət öz Suriya siyasətindən geri çəkilmək niyyətində deyil.

Məsələ ilə bağlı açıqlama verən İranın ali dini lideri Əli Xamaneinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi deyib: "Suriya öz borclarını neft, qaz və fosfat mədənləri ilə ödəyə bilər”.

Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}