Mirşahin Ağayev yeni komandasına kimləri cəlb edib? –SİYAHI


 

 

 

Mirşahin Ağayev yeni komandasına kimləri cəlb edib? –SİYAHI

 

"Tezliklə Real TV-nin efirində ANS-çilərdən mən, Ləman Ələşrəfqızı, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Ayşəm Rüstəmova, Vüsalə Xammədqızı, Xatirə Məmmədova, Natiq Nailoğlu, Orxan Məmmədli, Ziya Babayev, Mehman Rəsulovu görəcəksiniz".

 

Bu sözləri Kult.az-a keçmiş ANS TV-nin aparıcısı, tanınmış telejurnalist Afət Telmanqızı Mirşahin Ağayevin rəhbərlik etdiyi Real TV ilə bağlı açıqlama verərkən deyib.

A.Telmanqızı bildirib ki, tezliklə operativ xəbər və araşdırma mövzuları ilə tamaşaçıların qarşısında olacaqlar: "Tanınan simaları yenidən görüb eşidəcəksiniz. Mirşahin Ağayevin rəhbərliyi ilə peşəkarlardan ibarət komanda xəbər xidməti ilə görüşünüzə gələcək”.

Digər kanallarda çalışan keçmiş ANS-çilərin Real TV-də çalışıb-çalışmayacağı isə məlum deyil. A.Telmanqızı bildirib ki, bu barədə məlumatlı deyil: "Mən yalnız komandada olanlarla bağlı deyə bilərəm”.

Qeyd edək ki, Milli Teleradio Şurası, tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi Real TV-yə peyk yayımı üçün müddətsiz lisenziya verib. Telekanalın tezliklə fəaliyyətə başlayacağı gözlənilir.

Televiziyanın 5 mərtəbəli ofisi Əhməd Rəcəbli küçəsində yerləşir.

Real TV Azerspace tezlikdə 1135 Polarization Horizontal Symbol Rate 27500 yayımlanacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}