ABŞ-IN TÜRKİYƏYƏ QARŞI QORXUNC "B PLANI" FAŞ OLDU

ABŞ-IN TÜRKİYƏYƏ QARŞI QORXUNC "B PLANI" FAŞ OLDU

 

Hurriyyet.org xəbər verir ki, "Zeytun budağı” əməliyyatı nəticəsində hesabları boşa çıxan ABŞ Türkiyəyə qarşı İŞİD kartını yenidən ortaya atmaqdadır. Pentaqon "Afrin əməliyyatına görə, İŞİD ilə mübarizə zəifləyəcək” iddiasını ortaya atdıqdan sonra təşkilat Kərkükdə hücumlara başlayıb, Ankara və Samsunda meydana çıxıb.Təhdid bəhanəsi ilə səfirliyi də bağlayan ABŞ-ın ssenarisi maraq doğurur. İŞİD-lə mübarizənin səngidiyi adı altında, dünya ictimaiyyətində Türkiyəyə təzyiqin şiddətlənməsi üçün addımlar atılmağa başlayıb.

İlk siqnal İŞİD ilə mübarizədə "əsas ünsür” kimi qələmə verilən Suriya Demokratik Qüvvələri (SDQ) vasitəsilə verilib. Təşkilatın İŞİD ilə qondarma müharibəni müvəqqəti olaraq dayandırmaq açıqlamasının ardından 700 nəfərə qədər PYD/PKK terrorçusu Afrinə göndərildi.

Terrorçulara verdiyi ən müasir texnologiyalı silahların türk hərbçilərinə tuşlandığını etiraf eləməyə məcbur qalan ABŞ eyni zamanda "İŞİD təhdidi” adı ilə Afrin əməliyyatını dayandırmağa çalışır.

ABŞ-ın yüksək vəzifəli şəxslərinin "diqqətimizi İŞİD ilə mübarizəyə verək” açıqlamaları və sonra Pentaqonun mətbuat katibi Robert Manninqin "İŞİD əməliyyatlarını Afrin əməliyyatı səbəbindən qismən təxirə saldıq” bəyanatı diqqəti cəlb edir.

Türkiyə isə diqqətini bu sözlərin ardındakı planları sezməyə yönəldib. Baş nazirin müavini Bekir Bozdağ belə bir xəbərdarlıq edir: "İŞİD vasitəsilə yeni bir oyun qurulur, qarşıdakı günlərdə Suriyada bəzi ssenarilər ortaya çıxa biləcək”.

Bozdağın bu sözlərindən cəmi bir neçə gün sonra uzun müddət özünü göstərməyən İŞİD İraqın Kərkük şəhərinə hücumlar həyata keçirib. Ardından İŞİD qəflətən Ankarada da meydana çıxıb. ABŞ Ankaradakı səfirliyini İŞİD təhlükəsi bəhanəsi ilə bağladı. Hücum hazırlığı aparan İŞİD terrorçularının olduqları yerlərin də kəşfiyyat məlumatları ABŞ tərəfindən verilib.

İŞİD terrorçuları Samsun və Kocaelidə keçirilən əməliyyatla ələ keçirildilər. Lakin şübhəlilərin evində heç bir silah və ya bombanın olmaması diqqəti cəlb edib. Xəbərlərin də İŞİD-i yenidən xortlatmaq istəyən ABŞ-ın taktikasının bir parçası olduğu bildirilir.

Картинки по запросу işid

Hazırda ABŞ-ın İŞİD-i yenidən meydana çıxaracağı bildirilir. İŞİD Suriyada İraq sərhədi, Deyr əz Zorun cənubu və İsrail sərhədlərinə yaxın olan Deraada yerləşib.

İŞİD-in Deyr əz Zordakı varlığı təbii sərvətlərlə zəngin olan torpaqlar məsələsində bu ərazilərin qanuni sahibi olan Suriya dövləti və Rusiya ilə razılaşa bilməyən Amerika üçün əsas kartdır. Deraadakı İŞİD terrorçularından isə İsrailin Suriyaya müdaxiləsi üçün istifadə ediləcək.

"Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD terror təşkilatından təmizlənən Əl Bab rayon mərkəzində bomba ilə dolu maşınla terror hücumu həyata keçirilib. Polis mərkəzi yaxınlığında həyata keçirilən terror aktı nəticəsində bir nəfər dinc vətəndaş həlak olub, 5 nəfər isə yaralanıb. Hələlik, heç bir terror təşkilatı bu aktın məculiyyətini öz boynuna götürməyib.

Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}