Nepalda baş vermiş təyyarə qəzasının səbəbi açıqlandı

 

Nepalın paytaxtı Katmanduda təyyarə qəzasının baş verməsinə ekipajın səhvi səbəb olub.

"Russia Today” xəbər verir ki. bu barədə Katmandu hava limanının rəhbəri Rackumar Çxetri bildirib.

"Şimal istiqamətindən eniş etmək əvəzinə, təyyarə şimal-şərqdən enməyə başlayıb. Laynerin vəziyyəti eniş üçün münasib deyildi”, - deyə R.Çxetri vurğulayıb.

*   *   *14:14

Banqladeşə məxsus "Bombardier Dash 8 Q400" sərnişin təyyarəsi Nepalın paytaxtı Katmandunun hava limanında qəzaya uğrayıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, qəza nəticəsində 50-dək insan həlak olub, 17 nəfər xəsarət alıb.

Bu barədə "Report" yerli KİV-lərə istinadən xəbər verir.

Əraziyə xilasedici, təcili yardım və yanğınsöndürən briqadalar cəlb olunub.

Bütün yaralılar xəstəxanaya çatdırılıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}