ADPU-nun Pedaqoji Forumunun “Biliyin qiymətləndirilməsinin fəlsəfəsi” mövzusunda növbəti dinləməsi keçirilib

ADPU-nun Pedaqoji Forumunun “Biliyin qiymətləndirilməsinin fəlsəfəsi” mövzusunda növbəti dinləməsi keçirilib

 

Martın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Pedaqoji Forumunun (PF) növbəti dinləməsi keçirilib.

ADPU-dan Sözçü info-a verilən məlumata görə, tədbirdə tanınmış və nüfuzlu təhsil eksperti, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun "Biliyin qiymətləndirilməsinin fəlsəfəsi” mövzusunda məruzəsi dinlənilib. Dinləmədə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, professor-müəllimlər, tələbələr, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və təhsil sahəsindən yazan jurnalistlər iştirak ediblər. ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Şahlar Əsgərov 1970-ci ildə "Alçaq enerjili civə ionları ilə metalların tozlanmasının tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi, 1992-ci ildə isə «Toxunma sərhədlərinin qeyri-bircinslik dərəcəsinin metal-vakuum, metal-yarımkeçirici strukturlarının elektrofiziki xassələrinə təsiri» mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi alıb. Bakı Dövlət Universitetində (BDU) müəllim, baş müəllim, dosent, dekan müavini işləyib. 1994-1995-ci illərdə BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyib. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-2005-ci illərdə parlamentin Elm və təhsil məsələləri daimi komissiyasının sədri olub. BDU-nun Fizika fakültəsinin professorudur. 250-dən çox elmi məqalənin, 11 kitabın, 3 monoqrafiyanın müəllifidir. Alimin əsərləri özünün yüksək ideya məzmunu, təhlil səviyyəsi, aktuallığı, problemlərə yanaşma üslubu, milli-mənəvi dəyərləri önə çəkməsi ilə diqqəti cəlb edir. Respublikamızın ictimai-siyasi həyatındakı fəaliyyətinə görə "Şöhrət” ordeni ilə təltif edilib, elm və təhsil sahəsində xidmətlərinə görə "Əməkdar elm xadimı” fəxri adına layiq görülüb. Professor Ş.Əsgərov xalqımızın beynəlxalq miqyasda tanınan alimlərindən biridir. Elmi-pedaqoji kadrların hazırlanmasında səmərəli fəaliyyət göstərir. Mediada təhsil sahəsi, eləcə də mənəvi-əxlaqi dəyərlərlə bağlı ardıcıl olaraq maraqlı yazılarla çıxış edir.

"Biliyin qiymətləndirilməsinin fəlsəfəsi” mövzusunda təqdimatla çıxış edən professor Ş.Əsgərov öncə təqdimatın keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Bildirib ki, təhsil ilahi gücə, qüvvəyə malikdir. Təhsilin ali məqsədi gənclərlimizə düzgün qərarlar qəbul etməyii öyrətməkdir. Yalnız bu halda onlar həyatda özlərini təsdiq edə bilər, cəmiyyət üçün layiqli vətəndaş, yüksək səviyyəli mütəxəssis kimi yetişə bilərlər. Son illər təhsil sahəsində böyük uğurlar qazanılıb. Təhsil sistemi yeni və müasir məktəb şəbəkələri ilə əhatə olunub. Məktəblər İKT vasitələri ilə təmin edilib. Bu uğurların qazanılmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehirban xanım Əliyevanın diqqət və qayğısı böyük rol oynayıb. Məruzəçi qeyd edib ki, ürəyi maarifləndirmədən zehni marifləndirən təhsil, yaxşı təhsil hesab edilmir. Qiymət- şagirdin bilik səviyyəsi haqqında müəllimin rəqəmlərlə ifadə olunmuş rəyidir. Qiymət-tələbənin təlim fəaliyyətinin nəticələrinin göstəricisidir. Qiymət - mövzunun, fənnin, kursun məmnisəmə dərəcəsinin faiz göstəricisinin rəqəmlərlə ifadəsidir. Qiymət-bildiyimizin bilməli olduğumuza olan nisbətidir . "Başa düşmək” mənimsəmənin alt səviyyəsidir. Başa düşmək pedaqoji meyar deyil. "Mənimsəmə”-pedaqoji meyardır. Dünyagörüşünü dəyişə bilən elmi nəticə paradiqma adlanır. Təhsilə yanaşmada yeni modellər, meyarlar lazımdır, paradiqmaları dəyişmək vacibdir. Tələbələr üçün yeni qiymətləndirmə cədvəlləri yaradılmalı, bu istiqamətdə tədqiqatlar aparılmalı, çoxballı sistemdən birballı sistemə keçilməlidir.

Professor Əzizxan Tanverdiyev, professor Fərrux Rüstəmov, professor İramin İsayev, dosent Şahin Pənahov, dosent Yusif Alıyev, dosent Zahirəli Sadıxov, dosent Fəxrəddin Yusifov, təhsil ekspertləri, fəlsəfə doktoru Etibar Əliyev, Nadir İsrafilov, Məktəbguşəsi.az saytının baş redaktoru Məzahir Məmmədov təqdimatın geniş və əhatəli olduğunu bildirərək mövzu ilə bağlı öz fikir və təkliflərini bölüşüblər..

Tədbirdə təhsil səviyyələri, müəllim-şagird, müəllim-tələbə münasibətləri, repetitorluq fəaliyyəti, qiymətləndirmənin fəlsəfəsi, məktəbin inkişafının perspektivləri, nəzəriyyəsi və praktikası, müasir universitetin yaradılması, təhsilin idarə edilməsi, xaricdə təhsil, insan inkişafı konsepsiyası və pedaqoji təhsilin problemləri ilə bağlı maraqlı fikir mübadiləsi aparılıb, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Tədbirə yekun vuran ADPU-nun rektoru, professor Cəfər Cəfərov maraqlı və məzmunlu təqdimata, eləcə də universitetdə həyata keçirilən islahatlara, yeniliklərə verdiyi dəstəyə görə professor Ş.Əsgərova təşəkkür edib və belə tədbirlərin fikir və təcrübə mübadiləsi aparmaq baxımından mühüm əhəmiyyət kəsb etdyini vurğulayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}