TÜRK DÖVLƏTLƏRİ TÜRKİYƏYƏ NİYƏ DƏSTƏK VERMİR?

TÜRK DÖVLƏTLƏRİ TÜRKİYƏYƏ NİYƏ DƏSTƏK VERMİR?

 

Qabil Hüseynli: "Türk Birliyinin formalaşmasına mane olan əsas amil Rusiyadır”

"Çox dövlətlər Rusiyadan ehtiyatlanaraq bu addımı atmağa tələsmirlər”

"Türkiyə terrorla və terrora dəstək verən ölkələrə qarşı təkbaşına mübarizə aparır. Sanki bir səlib yürüşü ilə üzləşib. İndi Türk Birliyi zamanıdır. Biz də bunun üçün bütün gücümüzlə çalışacağıq”. Bu barədə Türk Dünyası Parlamentlər Birliyinin sədri Nail Çələbi deyib.

TDPB sədri türk dünyasının millət vəkilləri, iş adamları, QHT-lər və media nümayəndələrinin vasitəsilə Türk dünyasında birlik və bərabərliyi gücləndirməyə çağırıb.

Türkiyə ordusunun Afrindəki əməliyyatda haqlı olduğunu vurğulayan N.Çələbi ölkəsinin təklənilməyə çalışıldığını bildirib: "Artıq Avropa Birliyinə bənzər Türk Birliyinin qurulması şərtdir. Türk Birliyi olsaydı Türkiyə bu qədər yalnız olmaz, söykənəcək bir dayağı olardı”.

Türk Dünyası Parlamentlər Birliyinin sədri Nail Çələbinin müraciətinə münasibətini ifadə edən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli "Hürriyyət”ə dedi ki, Nail Çələbinin dediklərində həqiqət var: "Ancaq türk dövlətlərinin Avropa Birliyinə bənzər bir birlik yaratması üçün əvvəl iqtisadi birliyin yaradılması vacibdir. Ondan sonra ortaq elmlər akademiyası, orta dil problemlərinin çözülməsi gündəlikdə olan məsələdir”.

"Azərbaycan bu məsələnin bütün tərəflərini müdafiə edir”

Q. Hüseynli vurğuladı ki, bu gün Türk Birliyinin yaranmasına soyuq yanaşan Qırğıstan, Özbəkistan kimi dövlətlər var: "Qazaxstan müəyyən dərəcədə bu məsələnin iqtisadi tərəfini müdafiə edir. Azərbaycan isə bütün tərəflərini müdafiə edir. Amma bu gün Türk Birliyinin formalaşmasına mane olan əsas amil Rusiyadır. Çünki çox dövlətlər Rusiyadan ehtiyatlanaraq bu addımı atmağa tələsmirlər”.

"Savaş üçün yaradılan birliyin axırı olmur”

"Nail Çələbi "Türk Birliyi olsaydı, Türkiyə bu qədər yalnız olmaz, söykənəcək bir dayağı olardı”, deyir. Türk Birliyi olsaydı, dünya güclərinə qarşı durmaq mümkün olardımı” sualını Q. Hüseynli belə cavablandırdı: "Türk Birliyi dünyanı qütblərlə bölüb, Amerika və yaxud kimlərləsə, savaş üçün yaradılarsa, o yaradılmasa, yaxşıdır. Yəni Türkiyədə bu məsələyə, xüsusən də Ərdoğanın simasında baxdıqda, müəyyən yanlışlıqların olduğunu etiraf etmək lazımdır. Türk Birliyi əvvəlcə iqtisadi birlik kimi yaranıb, formalaşmalıdır, sonra əlbəttə ki, dünya diplomatik meydanında da öz gücünü başqalarına göstərməlidir. Amma savaş üçün yaradılan birliyin axırı olmur. Çələbi deyir ki, Türkiyə tək qalmazdı. Türkiyəni kim tək qoyub? Bir az onun üzərində dərindən fikirləşsin. Türkiyə niyə tək olur ki?!”

Şamo EMİN, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}