Rusiya seçkiləri və köhnə sovet ənənəsi –Tənqidsiz yarışda Putin asanlıqla qalib gəldi - TƏHLİL

Rusiya seçkiləri və köhnə sovet ənənəsi –Tənqidsiz yarışda Putin asanlıqla qalib gəldi - TƏHLİL

 

Roman Dobroxotov

"Əl-Cəzirə”

 

Rusiya seçkilərində nə baş verdiyini başa düşmək üçün yalnız bir seçki bülleteninə baxmaq yetərlidir. Bu hətta rus dili danışmayanlara belə aydındır – qalib namizəd artıq səsvermədən əvvəl, bülletendən məlum olur.

Sənəd demək olar ki, mükəmməl simmetriyanı təqdim edir: üstdə – prezident Vladimir Putinin nisbətən üç "mühafizəkar" rəqibi var; aşağıda Putinin "liberal" rəqiblər qrupu.

Yalnız bir kəs bu simmetriyanı pozur – kommunist namizəd Maksim Suraykin. Lakin o, unudula bilməz. O, ikinci kommunist partiyasının namizədidir.

Bu seçkilər üçün namizədlər diqqətlə seçilmişdi, onlar cəmiyyətin bütün seqmentlərini əhatə edirdilər. Təxribatçı-populist Vladimir Jirinovski, mühafizəkar "vətənpərvər" Sergey Baburin, iki kommunist – Pavel Qrudinin və Suraykin (komik olan budur ki, hər ikisi "kapitalist"-biznesmendir), özəl biznesin maraqlarını təmsil edən liberal Boris Titov və iki "radikal liberal” (ilk dədə 22 il əvvəl prezident yarışına qoşulan) Qriqori Yavlinski və Kseniya Sobçak (mübahisəli realiti-şou iştirakçısı və Putinin keçmiş bossunun qızı).

Təsəvvür etdiyiniz kimi, bu natiqlərdən heç biri Putini birbaşa tənqid etmədi.

Daha əvvəl Kreml televiziya müzakirələrində görünən "qeyri-mütəşəkkil" müxalifət nümayəndələrini sınağa çəkirdi. Məsələn, əvvəlki seçkidə Vyaçeslav Maltsev, PARNAS partiyanın namizədi, Putini kəskin tənqid etmişdi. Bu, Maltsevin xaricə qaçmaq məcburiyyətində qalması ilə nəticələndi, bəzi tərəfdarları isə cinayət məsuliyyətinə cəlb olundu.

O zamandan bəri heç kimə prezidenti birbaşa tənqid etmək icazəsi verilməyib.

Paradoksal olsa da, bu dəfə hakimiyyətin ən böyük baş ağrısı müxalifətdən gələn tənqid deyil, əksinə, onun yoxluğu idi.

Bir neçə ay bundan əvvəl "Levada Center" tərəfindən keçirilən sorğu seçkidə iştirak göstəricisinin 58 olacağı bəsirətini vermişdi.

Yalnız bir namizədə – Aleksey Navalnıya seçkidə iştirak qadağan edildi.

Beləliklə, rejimin yeganə "təhlükəsi" indi bu seçkilərin qanuniliyini sual altına qoyacaq aşağı fəallıq idi. Müxalifət seçkilərin boykot etməyə çağırsa da, Rusiya hakimiyyəti xalqı seçki məntəqələrinə gətirmək üçün böyük səy göstərdi.

Bu vəziyyətin gözlənilməz nəticələrindən biri Kremlin siyasi gərginliyə səbəb olmağa çalışmasıdır. Beləliklə, keçmişdə Krımın ilhaqı yalnız dövlət televiziyasında müsbət işıqda müzakirə edilsə də, indi bir namizəd – Sobçak birdən-birə bunu legitimliyini soruşmağa başladı. Xarici bir müşahidəçi üçün bu, əsl siyasi mübahisə kimi görünə bilər. Rus siyasətini yaxından təqib edənlər üçün isə bu yalnız şou idi.

Sobçak bir dəfə ilhaqa çağırış edib və Putinin "qan tökmədən Krımı birləşdirən kimi" tarixə keçəcəyini söyləyib. Həm də maraqlıdır ki, o, dövlət televiziyasında qara siyahısına alınmışdı, amma indi bir anda ona xeyli efir vaxtı verildi.

Şou seçkilərdən əvvəlki günlərdə xüsusilə dramatik keçdi. Televiziya müzakirələri zamanı Sobçak Jirinovskiyə su atdı, onu söydü. Bir neçə gün sonra Jirinovski onun sözünü kəsdi, Sobçak göz yaşlarına boğuldu və "yoldan çıxdı”.

Televiziyada qalmaqallı çıxışlar daha yüksək iştirak təmin etməyəcəkdi. Buna görə də, hakimiyyət yerli rəhbərlikləri səfərbər etməklə yaxşı / köhnə metoda müraciət etdi. Əlbəttə ki, dövlət işçilərinin mütəşəkkil şəkildə nəqliyyatla seçki məntəqələrinə gətirilməsi və səslərin sayının süni artırılmasına. Amma bu dəfə yalnız dövlət qurumlarını deyil, həm də ictimai qurumlar və özəl şirkətlər səfərbər edildi.

Qəzəbli narahatlıq Rusiyada yeni bir hadisədir. Daha əvvəllər Kreml yalnız Putinin neçə səs aldığını və nə qədər adamın seçkidə iştirak etdiyinə diqqət yetirirdi. Ancaq indi, köhnə sovet dövründə aid "say ənənəsi” geri döndü.

Rəsmi olaraq bu seçkilər həqiqətən əhəmiyyətli deyil. Putin səs vermək üçün yeganə seçici olsaydı belə, seçki keçiriləcəkdi. Amma bu gün Rusiya özünü beynəlxalq izolyasiya vəziyyətində tapdıqda, Putin dünyaya qanuni lider olduğunu sübut etməlidir. Əlbəttə ki, daxili vəziyyəti stabilləşdirməklə, həm də elitanı nəzarətdə saxlamaqla.

Sovet təcrübəsində olduğu kimi, iqtisadi böhran dövründə illüziya çökə bilər. Rusiyanın ehtiyatları hələ də qalırsa, bu illüziya davam etdiriləcək.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}