Çin rəhbəri İlham Əliyevin yolunu getdi...

Çin rəhbəri İlham Əliyevin yolunu getdi...

 

Tarixdə əsasən kiçik dövlətlər böyük dövlətlərdən nümunə götürüblər. Onlar özlərinin iqtisadi və siyasi sistemlərini, üsul-idarələrini böyük dövlətlərin iqtisadi və siyasi sistemlərinə uyğunlaşdırmağa çalışıblar. Əksər hallarda daxili və xarici siyasətlərində böyük dövlətlərin daxili və xarici siyasətlərini təqlid ediblər.

Bir neçə gün bundan öncə isə dünya tarixində az-az hallarda rast gəlinən olduqca maraqlı, dünya siyasətinə və dünyanın gələcək inkişafına ciddi təsir göstərə bilən hadisə baş verdi. 1,5 milyard əhalisi, 9,6 milyon kvadrat kilometr sahəsi olan Çin özündən əhalisinin sayına görə 150 dəfə, ərazisinin sahəsinə görə 111 dəfə kiçik olan Azərbaycandan mühüm nümunə götürdü. Çin özünün siyasi sistemində Azərbaycanın siyasi sisteminin eyni olan addım atdı. Çin parlamenti konstitusiyada dəyişiklik edərək eyni bir şəxsin 2 dəfədən çox dövlət başçısı seçilməsinə qadağa qoyan müddəanı ləğv etdi. Yəni Çində də Azərbaycanda olduğu kimi dövlət başçısı dəfələrlə seçilmək imkanına malik oldu.

Azərbaycanda, həm də Çində dövlət başçısının dəfələrlə seçilə bilməsinə imkan verən Konstitusiya qanununun qəbul olunması prezident hakimiyyətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycanda prezident hakimiyyətinin möhkəmlənlməsi Prezident İlham Əliyevə Azərbaycanın müstəqilliyinin qorunmasında, Azərbaycanın böyük dövlətlərin marionetkası olmasına imkan verməməkdə yardımçı olur. Əlində güclü hakimiyyət olan Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizi zamanın imtahanlarından, dünyada baş verən siyasi və iqtisadi kataklizmlərdən, böyük dövlətlərin məkrli planlarından məharətlə xilas edir. Güclü Prezident İlham Əliyev ölkəmizdə əmin-amanlıq yarada bilib. Güclü Prezident İlham Əliyev Azərbaycanı dünyada regional və dünyəvi layihələrin sahibi edib.

Çin BMT Təhlükəsizlik Şurasının üzvüdür. Çin güclü prezident üsul-idarəsilə iqtisadiyyatını dünyada birinci yerə qaldırmaq, ABŞ-ı ötüb keçmək, dünyaya hökm edən superdövlət yaratmaq istəyir. Bu gün Çin böyük elm və yüksək texnologiyalar ölkəsidir. Bu gün çinlilər Rusiyanın şərq hissəsində-Sibirdə müxtəlif yollarla məskunlaşmağa başlayıblar. Çin alternativ energetika sahəsində dünyada birincilər sırasındadır. Çin yeganə superdövlətdir ki, SSRİ və sosializm düşərgəsi çökən zaman öz iqtisadiyyatını müasir zamanın və dünyanın tələblərinə uyğunlaşdıra bildi. Çin bu prosesdə itirmədi, qazandı. Çin regionlara sərbəstlik verərək, iqtisadiyyatında və idarəetmədə böyük islahatlar apardı. ABŞ-ın bütün universitetlərində, institutlarında, elmi laboratoriyalarında çinlilər işləyir. Bunlar Çin möcüzələridir.

Bütün bunları sadalamaqda əsas məqsədim odur ki, Çin lideri Si Tsinpin İlham Əliyevin yolunu getdisə, Azərbaycan da Çinin möcüzələr yolunu araşdırmalı, Çinlə iqtisadi və siyasi sahələrdə ciddi əməkdaşlıq etməlidir. Azərbaycanı böyük elm, yüksək texnologiyalar vəmüasir kənd təsərrüfatı ölkəsinə çevirməliyik. İnanırıq ki, Azərbaycan xalqı İlham Əliyevi yenidən Azərbaycanın prezidenti seçəcək. Seçkilərdən sonra Prezident İlham Əliyev ölkəmizdə iqtisadi və siyasi islahatları həm dərinləşdirəcək, həm də gücləndirəcəkdir.

Prof.Dr. Qüdrət İsaqov

Müstəqil Ekspert Qrupunun rəhbəri,

Avropa Təbiət Elmləri Akademiyasının akademiki,

2008 və 2013-cü illərdə Azərbaycan Prezidentliyinə namizəd



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}