18-04-2024, 19:45
1-04-2024, 15:01
16-03-2024, 14:33
14-03-2024, 23:00
11-03-2024, 15:40
Bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib.
B.Bozdağ bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada olması işğal anlamına gəlmir və təhlükəsizliyi təmin etməyə, terrorçuluqla mübarizəyə yönəlib: "Rəsmi Ankara anlayır ki, Suriyada mövcud olan bir sıra problemlər yalnız siyasi yolla həll olunmalıdır”/Trend.
Qeyd edək ki, ötən gün Rusiya xarici işlər naziri Lavrov Afrinin artıq Suriya hökumətinə təhvil verilməsinin vaxtını çatdığını açıqlayıb. O, bildirib ki, Türkiyə Afrində artıq məqsədinə nail olub: "Ona görə də Afrini sahiblərinə geri qaytarmalıdır”.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı” əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.