MSK SON NƏTİCƏNİ AÇIQLADI:İlham Əliyev 86.03, Zahid Oruc 3.11, Qüdrət Həsənquliyevsə... - SİYAHI

MSK SON NƏTİCƏNİ AÇIQLADI:İlham Əliyev 86.03, Zahid Oruc 3.11, Qüdrət Həsənquliyevsə... - SİYAHI

 

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin növbəti ilkin nəticələri açıqlandı.
 
Sozcu.info-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, hazırda 3 milyon 962 min 96 səsvermə bülleteni sayılıb və Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86.03% səs toplayıb.
 
Digər namizədlər isə aşağıdakı şəkildə səs toplayıblar: 
 
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3.11%,
 
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3.02%,
 
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03%,
 
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52%,
 
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1.38%,
 
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17%
 
"Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74%.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}