Kamran İmanov: “Jurnalistlərin yazıları oğurlanılır və oğurlanacaq”

Kamran İmanov: “Jurnalistlərin yazıları oğurlanılır və oğurlanacaq”

 

"Jurnalistlərin yazıları oğurlanılıb, oğurlanılır və çox güman ki, yenə də oğurlanacaq".

Sozcu.info report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

O bildirib ki, əqli mülkiyyət mədəniyyəti nə xəbər yazanlarda, nə də onu oğurlayanlarda formalaşmayıb: "Xəbəri, yazını düzgün qəbul etmək üçün insanlarda əqli mülkiyyət mədəniyyətini formalaşdırmaq lazımdır".

K.İmanov qeyd edib ki, xəbər oğurlayanlar xüsusən də müasir dövrdə sosial şəbəkələrin, internetin imkanlarında yararlanırlar: "Bütün imkanlar yaradıla bilər, ondan istifadə oluna bilər, amma mədəniyyət də olmalıdır".

"Jurnalistlər müəlliflik hüquqlarını qorumaq üçün nə etməlidir, hara müraciət etməlidir, beynəlxalq təcrübə nə deyir" - sualına cavab olaraq, sədr bildirib ki, jurnalist yazılarının oğurlanması bütün dünyanın bəlasıdır: "Azərbaycanda gəlincə, Müəllif Hüquqları Agentliyinin saytında dediyiniz mövzu ilə bağlı bütün məlumatlar yerləşdirilib. Saytda "Müasir sistemdə bu bəla ilə necə mübarizə aparırlar, internetdə hüquqlar necə idarə olunur və Agentlik bunun üçün nə edir" - kimi sualların hamısına cavab tapacaqsınız".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}