Sərkisyan müxalifətçi deputatın toxunulmazlığının ləğvindən imtina etdi –İqtidar Paşinyanla danışıq üçün həbsxanaya gedir

Sərkisyan müxalifətçi deputatın toxunulmazlığının ləğvindən imtina etdi –İqtidar Paşinyanla danışıq üçün həbsxanaya gedir

 

Ermənistanın baş nazirinin müavini Karen Karapetyan parlamentin deputatları Nikol Paşinyan, Sasun Mikaleyan və Ararat Mirzoyan haqqında deputat toxunulmazılığından məhrum edilməsi ilə bağlı vəsatəti geri götürmək barədə Baş Prokurorluğa müraciət edib.  

"Biz bu gün bu qərarı qəbul etdik və mən prokurorluğa müraciət etdim. Mən indi danışıqlar aparmaq üçün cənab Paşinyanla görüşə gedirəm. Sabahkı gün çox mühümdür”.

Qeyd edək ki, bu gün Ermənistan prezidentinin iqamətgahında baş nazir Serj Sərkisyanın iştirakı ilə iclas keçirilib.  Adları çəkilən hər 3 müxalifətçi deputat polis tərəfindən dünən saxlanılıb. Etirazçılar onların dərhal həbsdən buraxılmasını tələb edirlər.

Baş Prokurorluq 3 deputatın həbs olunması üçün onların toxunulmazlığının  götürülməsi ilə bağlı parlamentə vəsatət göndərməyə hazırlaşırdı.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}