Vətəndaşlardan qanunsuz saxlanılan silah-sursat müsadirə edilib –DİN

Vətəndaşlardan qanunsuz saxlanılan silah-sursat müsadirə edilib –DİN

 

DİN-dən Sozcu.info-a
  verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Bəxtiyar Qasımovun mənzilindən 1 ədəd pnevmatik, 1 ədəd idman tapançaları və 28 ədəd patron aşkar edilərək götürülüb.

 Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Ayaq Qərvənd kəndində yaşayan Şəfayət Abdullayevin evindən 3 ədəd tüfəng, 1 ədəd idman tapançası, 52 ədəd müxtəlif çaplı patron, 1 beşbarmaq, 1 süngü-bıçaq, 1 bıçaq, 29 ədəd giliz və 1 patron darağı aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}