Ermənistanda növbədənkənar seçkilər keçirilə bilər

Ermənistanda növbədənkənar seçkilər keçirilə bilər

 

Ermənistanın baş naziri vəzifəsini icra edən Karen Karapetyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib.

Sozcu.info  bildirir ki, K.Karapetyan qeyd edib: "Biz növbədənkənar seçkilərin keçirilməsini təklif edirik. Əgər xalq Nikol Paşinyanı (etiraz aksiyalarının lideri) seçsə, o da olacaq. Xalqın namizədi seçkilərdə seçilir”.

Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb./trend/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}