Paşinyan ilk dəfə Qarabağ münaqişəsindən danışdı:“KTMT Qarabağ üçün daha böyük qarant verməlidir”

Paşinyan ilk dəfə Qarabağ münaqişəsindən danışdı:“KTMT Qarabağ üçün daha böyük qarant verməlidir”

 

Ermənistan müxalifətinin son günlər liderinə çevrilimiş Nikol Paşinyan bu gün ilk dəfə olaraq Qarabağ münaqişəsi barədə danışıb.

 Gümrüdə keçirdiyi izdihamlı mitinqdə çıxış edən Paşinyan bəyan edib ki, erməni xalqı "Qarabağ münaqişəsində, korrupsiyaya, kasıblığa qalib gələcək”.

O vəd edib ki, Ermənistanda hakimiyyət dəyişdikdən sonra da ölkə bağladığı beynəlxalq sazişlərə sadiq qalacaq. Paşinyanın sözlərinə görə, hazırda hakimiyyət dəyişikliyini Rusiyaya qarşı siyasi, geopotik və iqtisadi müharibə kimi qələmə verməyə cəhdlər var: "Biz Rusiyanın düşməni deyilik. Biz ölkəmizə onu avanturaya aparacaq qədər düşmən kəsilməmişik”.

Paşinyan ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvü kimi qalacağını vəd edib: "Biz bu qurumun daha effektli olmasını istəyirik.  Təşkilatdan Ermənistan və Qarabağ üçün indiyə qədər olmayan böyük qarantlar almağa çalışacağıq”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}