Azər Tağıyev dəfn edildi

 

Azərbaycan Vəkillər Kollegiyasının (VK) keçmiş sədri, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Azər Tağıyev dəfn edilib. O, bu gün Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı" qəbirstanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində A.Tağıyevin yaxınları ilə yanaşı VK-nın sədri Anar Bağırov və Kollegiya üzvləri də iştirak edib.

A.Tağıyev bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, 5 gün əvvəl - aprelin 25-də Azər Tağıyevin 70 yaşı tamam olub.

Azər Tağıyev 1948-ci il aprel ayının 25-də Şəki şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1967–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil alıb.

1974-cü ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunaraq, vəkillik fəaliyyətinə Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasında başlayan Azər Tağıyev 1989-1991-ci illərdə SSRİ Vəkillər İttifaqının Katibi olub.

O, 1995-2017-ci illərdə Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri olub, 26 iyun 1998-ci ildə Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib və vəfat edənədək MSK üzvü olub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 aprel 2008-ci il tarixli sərəncamı ilə Azər Tağıyevə "Əməkdar hüquqşünas” fəxri adı verilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}