ABŞ-IN ÇİRKİN PLANI FAŞ OLDU

ABŞ-IN ÇİRKİN PLANI FAŞ OLDU

 

Sozcu.info xəbər verir ki, Türkiyənin "Anadolu Agentliyi”nin verdiyi məlumatda "Suriyada qurulması nəzərdə tutulan ərəb qüvvəsinin əsl vəzifəsi İsrailin təhlükəsizliyi üçün İranın qarşısını kəsməkdir” deyilir.

Mütəxəssislər ABŞ-ın Suriyada qurmaq istədiyi Ərəb ordusunun əsl vəzifəsinin İsrailin təhlükəsizliyi üçün İranın qarşısını kəsmək olduğunu, bu həmlənin regionda "İran-ərəb müharibəsinə təhrik eləmək” məqsədi daşıdığını bildiriblər.

İbn Haldun Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin rəhbəri doktor Talha Köşe ABŞ-ın uzunmüddətli planda regiondan çıxmağı planlaşdırdığını və buranı tərk edərkən, bölgədə boşluq qalmaması üçün yeni bir vəkil təyin eləmək niyyətində ola biləcəyini deyib. Köşe ABŞ-ın həmin boşluğu İran ilə Rusiyanın dolduracağından əndişələndiyini bildirərək deyib: "İraq, Suriya və Yəməndə mərkəzi hökumətlərin laxladılmasından sonra yaranan boşluğu İran dövləti, İŞİD, "Əl Qaidə” terror təşkilatları, qismən də Amerikanın əməkdaşlıq elədiyi PYD doldurdu. Belə görünür ki, ABŞ uzun müddətə bölgədən çıxmaq niyyətindədir. Tramp iqtidarı da bu məsələ ilə bağlı planlarını açıq bildirir. Lakin Pentaqon buranı tərk edəcəyi təqdirdə yaranan boşluğun ABŞ düşmənləri tərəfindən doldurulacağını güman edir. Ona görə də bu addımı atıb”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}