QHT rəhbəri Kəmalə Ağazadənin cinayət işi məhkəmə baxışına verilib

QHT rəhbəri Kəmalə Ağazadənin cinayət işi məhkəmə baxışına verilib

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqları Birliyinin dələduzluqda və rüşvətə təhrik etməkdə təqsirləndirilən sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Sozcu.info xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi məsələsi müzakirə olunub.

Məhkəmənin qərarı ilə məhkəmənin baxış iclası mayın 17-nə təyin edilib.

Qeyd edək ki, K. Ağazadə Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib./apa/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}