İşdən çıxarılan nazir və komitə sədrləri səfir göndərilə bilərmi? - Deputat ehtiyatlı olmağı məsləhət görür

 

Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib. Nazirlər Kabinetinin tərkibində dəyişiklik olub.

Yeni hökumətdə bəzi köhnə nazirlər təmsil olunmayıb.

Baş nazir Artur Rasizadə, baş nazirinin müavinləri Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, ekologoya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev hökumətin tərkibindən uzaqlaşdırılıblar.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə ləğv edildiyindən bu qurumun sədri Ramiz Həsənov da kənarda qalıb.

Bundan əvvəl də Azərbaycanda yüksək vəzifədən kənarlaşdırılan xeyli nazirlər və komitə sədrləri olub. Bir zamanlar vəzifədən uzaqlaşdırılan nazirlər xarici ölkələrə səfir kimi göndərilirdi və ya digər sahələrdə müxtəlif postlara təyin olunurdu. Amma son zamanlar nazir postundan gedənlərlə bağlı belə təyinatlar gerçəkləşmir.

Qeyd edək ki, Artur Rasizadə, Abid Şərifov, Elçin Əfəndiyev, İsmət Abbasovun təqaüd yaşı çoxdan keçdiyindən onların yenidən hansısa posta təyin olunmayacağı yəqindir.

Maraqlıdır, yeni hökumətdə təmsil olunmayan hansısa digər eks-nazirə səfir postu verilə bilərmi?

Nəzərə alsaq ki, eks-məmurlardan Nazim İbrahimov və Ramiz Həsənov əvvəllər səfir işləyiblər, onda sabiqlərdən kiminsə diplomatik xidmətə göndərilə bilcəcəyini ehtimal etmək olar.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında bu məsələdən danışıb.

Deputat deyib ki, bəzən səfir statusunu bir o qədər də əhəmiyyət verilmir: "Baxmayaraq ki, səfir Xarici İşlər Nazirliyinə tabedir. Ancaq səfir hər hansı dövlətdə Azərbaycanın simasıdır. Ölkəmizi təyin olunduğu yerdə təmsil edir. Ona görə də bu posta elə şəxslər təyin olunmalıdır ki, onlar Azərbaycanı lazımınca təmsil etsinlər və ölkələr arasındakı münasibətləri ən yüksək səviyyədə qura bilsinlər”.

T.Kərimli bildirib ki, başqa dövlətlərdə vəzifədən kənarlaşdırılan eks-məmurların səfir kimi təyinat almasına nadir hallarda rast gəlinir:  "SSRİ-də də eks-məmurların səfir kimi təyinat alması tendensiyası vardı. Görünür ki, SSRİ-dən qalma müəyyən ənənələr bu gün də yaşayır. Azərbaycanda bu tendensiya əvvəllər daha çox yayılmışdı. Hesab edirəm ki, səfir beynəlxalq münasibətlər sahəsində ixtisası olan şəxslərdən təyin olunmalıdır. Nəinki başqa cür. Eks-məmurların səfir kimi təyinatı onu göstərir ki, dövlət həmin şəxslərlə vidalaşmır. Onların dövlətçilik təcrübəsindən istifadə edir. Vəzifədən kənarlaşdırılmış şəxslərin dövlətə sədaqəti varsa, onlar kənara atılmamalıdır. Ancaq səfir təyinatı məsələsində ehtiyatlı olmaq lazımdır”. 

Eks-məmurların səfir təyin olunması məsələsinə gəldikdə isə deputat bunları deyib: "Müəyyən kadr dəyişiklikləri, ratifikasiyalar ölkə prezidentinin kadr siyasətində bu və ya digər şəkildə ifadə olunub. Belə addımın bundan sonra da atılıb-atılmayacağı ölkə başçısının səlahiyyətlərinə daxildir. Ölkə başçısı hansısa naziri səfri kimi göndərməyi yəqin etsə, bu addımı atacaq. Bu barədə qərarı ancaq ölkə başçısı verə bilər”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}