209 gömrükçü məsuliyyətə cəlb edildi - 10 əməkdaş barədə sənədlər prokurorluğa göndərildi

209 gömrükçü məsuliyyətə cəlb edildi - 10 əməkdaş barədə sənədlər prokurorluğa göndərildi

 

Azərbaycanda korrupsiya ilə mübarizə çərçivəsində 10 gömrük orqanı əməkdaşı barədə sənədlər prokurorluq orqanlarına göndərilib.

Bunu Bakıda keçirilən "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq" adlı tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin daxili təhlükəsizlik idarəsinin rəisi Fuad Qasımov deyib.

Bundan başqa, onun sözlərinə görə, adı korrupsiyada hallandırılan 7 nəfər haqqında sənədlər isə DGK-nin istintaq idarəsinə verilib: 
"Vəzifə səlahiyyətlərini yerinə yetirərkən pozuntuya yol verən 209 gömrük orqanları əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Onlardan 10-u gömrük orqanlarından, 2-si isə tutduğu vəzifədən ad edilib. Həmçinin 1 nəfər aşağı vəzifəyə keçirilib, 5 nəfərin xüsusi rütbəsi aşağı endirilib, 47 nəfərə sonuncu xəbərdarlıq və şiddətli töhmət, 114 nəfərə töhmət, 30 nəfərə isə xəbərdarlıq edilib".


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}