"Müəyyən şəxslərin kənarlaşdırılması istisna deyil" - DMX-nin rəisindən XƏBƏRDARLIQ

"Müəyyən şəxslərin kənarlaşdırılması istisna deyil" - DMX-nin rəisindən XƏBƏRDARLIQ

 

Vətəndaşların müraciətlərini və şikayətlərini təhlil etmişik. Eyni zamanda özümüz apardığımız araşdırmalarda müəyyən istiqamətlər təyin etmişik və ilk addımlara başlamışıq.

Sozcu.info xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumda korrupsiya faktlarının olması ilə bağlı məlumata münasibət bildirərkən deyib.

V.Hüseynov bildirib ki, Dövlət Miqrasiya Xidməti çalışacaq ki, bütün narahatlıqlar və qeyd edilən iradlar aradan qaldırılsın: "Təbii ki, kadr islahatları bizim daxili kadr idarəçiliyinin bir hissəsidir. Bu, mütəmadi olan bir prosesdir. Bununla bağlı artıq mətbuatda da müəyyən məlumatlar yer alıb. O kadrlar ki, cənab prezidentin tapşırıqlarını icra etməyə qadirdir, onların bilik və bacarığı var, biz həmin kadrlarla işləyəcəyik. Təbii ki, bu islahatlar müəyyən şəxslərin kənarlaşdırılmasını istisna etmir. Bizim yanaşmamız ondan ibarətdir ki, işçilərin bilik və bacarığını artıraq. Onlar bilik və bacarıqlarından maksimum və səmərəli istifadə edək. Bununla bağlı müəyyən yerdəyişmələr həyata keçiririk"./trend/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}