DÜNYANIN GÖZÜ İSTANBULDA! - İLK AÇIQLAMALAR VERİLDİ

DÜNYANIN GÖZÜ İSTANBULDA! - İLK AÇIQLAMALAR VERİLDİ

 

Sozcu.info xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın Fələstindəki son hadisələrlə bağlı etdiyi müraciətdən sonra Türkiyənin İstanbul şəhərində İƏT-in Qüds sammiti işə başlayıb. İslam Əməkdaşlıq

 

Təşkilatı ölkələrinin liderləri İsrailə qarşı atılacaq addımları müəyyənləşdirmək üçün bu gün Qüdslə bağlı fövqəladə iclas keçirirlər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iclasın açılış çıxışında deyib: "Sammit yekunlaşandan sonra veriləcək bəyanatda Qüdsün tarixi statusunun dəyişdirilməsinə icazə verməyəcəyimizi hayqıracağıq”.

 

Mövlud Çavuşoğlu deyib: "Fələstin məsələsinin həlli üçün əlimizdən gələni eləməliyik, birlik olmalı və başqa ölkələrin ABŞ-ın davranışını təkrarlamasına imkan verməməliyik. ABŞ-ın addımı Yaxın Şərqdəki sülh prosesinə qarşı təxribatdır. ABŞ hökuməti səfirliyi Qüds şəhərinə köçürməklə böyük təxribat törədib. İsrailin işğal və şiddət siyasətləri bitməlidir. Başda BMT olmaqla, beynəlxalq təşkilatların bu məsələ ilə bağlı lazım olan addımları atması lazımdır. Fələstinli qardaşlarımızı maddi dəstək verməyimiz də lazımdır”.

Çavuşoğlu çıxışını bu sözlərlə bitirib: "Son olaraq, Fələstindəki qətliamı lənətləyir və fələstinli qardaşlarımıza qərarlı dəstəyimizi davam etdirəcəyimizi bildiririk”.

"Sionistlərə imkan verməməliyik”

İran prezidenti Həsən Ruhani İslam Əməkdaşlığı Təşkilatının liderləri görüşünüdə iştirak eləmək üçün İstanbula yola düşməzdən əvvək Tehrandakı çıxışıda deyib: "Sionistlərin öz qanunsuz addımlarını mərhələ-mərhələ qanuniləşdirmələrinə imkan verməməliyik”.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}