“Son dövrlərdə ailələrdə qadınlar kişilərdən daha çox irəli gedir” – Hicran Hüseynova

 

"Son dövrlərdə müşahidə edirik ki, Azərbaycan ailələrində qadınlar kişilərdən daha çox irəli gedir”.

Bunu "Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, son vaxtlarda Azərbaycanda qadınlar çox inkişaf edib: "Qadınlarımız cəmiyyətdə özlərinəməxsus yer tutmağa çalışırlar. Hətta çox zaman görürük ki, ailədə qadınlar kişilərdən daha çox irəli gedir. Bu zaman isə bəzi ailələrdə münaqişələr müşahidə olunur. Belə hallarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, psixoloqlar ailələrə yardım edir, məsləhətlər verirlər. Balaca bir problemə görə adam öz ailəsini dağıtmaz. Bir az diqqətli olmaq, uşaqların maraqlarını güdmək lazımdır. Nümunəvi ailələrdən ibrət götürüb inkişaf etmək lazımdır”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}