Amerikalı Heyli bunu gözləmirdi! - PƏRT OLDU

Amerikalı Heyli bunu gözləmirdi! - PƏRT OLDU

 

Sozcu.info  xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli çıxış eləmək üçün getdiyi Hyuston universitetində İsrailin Qəzzada törətdiyi soyqırımına münasibətinə görə etirazla qarşılanıb.

D.Tramp hökumətində İsrailin ən güclü müdafiəçilərindən biri olan Heylinin universitetdəki çıxışı güclü etirazlarla müşayiət olunub. O, çıxışına başlayan kimi "Fələstin” yazılı köynək geyinmiş bir tələbə ayağa qalxaraq deyib: "Nikki Heyli, sənin əllərin qana batıb. Soyqırımın iştirakçısısan. Terrorçularla istismarçıların cinayətlərinə şəriksən”.

Heyliyə etirazını bildirən tələbəyə salondan alqışlarla dəstək gəlib. Tələbələrin çoxu ayağa qalxaraq "Nikki, Nikki cinayət seriyasının davam elədiyini görmürsənmi? Nikki, Nikki, soyqırıma imza atdığını gizlədə bilməzsən” şüarlarını səsləndiriblər.

Fələstini dəstəkləyən tələbələr "Feysbuk” sosial şəbəkəsində yazılı açıqlama verərək, Heylini "Fələstin xalqına qarşı aşkar ayrı-seçkilik eləmək və dünyadakı ədalətsizliyə göz yummaq”da, "İsrailin Qəzzadakı soyqırımı ilə bağlı istintaqın aparılmasının qarşısını almaq”da, "İsrail əleyhinə səsləri susdurmağa çalışmaq”da ittiham ediblər.

Bəlli olduğu kimi, Heyli BMT Təhlükəsizlik Şurasında Qəzzadakı etirazlar zamanı İsrailin özünü müdafiə elədiyini və maksimum mülayim davrandığını bildirmişdi.

İsrail hərbçilərinin ABŞ-ın Tel-Əvivdəki səfirliyini Qüdsə köçürməsinə etiraz eləmək və Nekbenin (Böyük Fəlakət) 70-ci ildönümünü yad eləmək istəyən nümayişçilərə atəş açması nəticəsində 60-dan artıq fələstinli şəhid olmuş, 3 min nəfərdən artıq insan yaralanmışdı.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}