"Lalə Şövkətin “eyib”i ondan ibarətdir ki..." - Partiya sədri

 

Bu yaxınlarda Yutuba Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərin nəşinin Karaqandadan Azərbaycana gətirilməsi barədə video paylaşılmışdı, sabiq dövlət katibi Lalə Şövkət bu işdə təşəbbüskar və təşkilatçı olub, prosesdə özü də iştirak edib. Sadəcə olaraq Lalə Şövkətin siyasətinin bir "eyibi” var.

Bu sözləri Teleqraf.com-a Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan rəhbərlik etdiyi partiyanın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı passiv mövqedə olması barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.
 
Onun fikrincə, ALP lideri Lalə Şövkətin "eyib”i ondan ibarətdir ki, görülən işləri mətbuatda tirajlamır: "Heç vaxt etdiyimiz işi mətbuata çıxarmırıq, biz söz yox, vaxtı gələndə yetkin iş çıxarırıq. İş də yetişməkdədir. Lalə Şövkətin xeyir-duası ilə media olmadan toplaşdıq, ziyalılar maarifləndirici məruzələrini oxudu, qonaq dəvət etmədik deyə tədbir barədə məlumatı mediaya vermədik. Onsuzda üzvlərimiz nə edirsə, hamısı Lalə Şövkətin adından edilir. Atdığımız hər bir addımı Lalə xanımla məsləhətləşirik, müəyyən mənada razılaşdırırıq”.

O, ALP liderinin səhhətinin qaydasında olduğunu söyləyib: "Lalə xanımın səhhəti əladır, Bakıdadır. Günü-gündən Lalə Şövkətin siyasi mövqeyinə ehtiyac duyulur. Görürəm ki, meydana çıxmaqda olan gənclər onun siyasi davranış tərzinə uyğun siyasət aparırlar”.

Əvəz Temirxan həmçinin siyasi mühitdə söyüş taktikasının seçilməsini tənqid edib: "Azərbaycan siyasətində söyüşcüllük heç kəsə başucalığı gətirmir. Heç olmazsa, Cümhuriyyət ilində siyasi söyüşkənliyə məhdudiyyət elan edərdilər. Kim öz ailəsinin qədrini bilmirsə, başqasının ailəsinə söyür və bu, əks reaksiya doğurur”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}