Heydər Əliyev Vəfa Quluzadə, Eldar Namazov və Tofiq Zülfüqrovu tənqid etməyi qadağan edibmiş –Sabiq nazirdən maraqlı açıqlama

Heydər Əliyev Vəfa Quluzadə, Eldar Namazov və Tofiq Zülfüqrovu tənqid etməyi qadağan edibmiş –Sabiq nazirdən maraqlı açıqlama

 

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov 20 il bundan əvvəl ölkəni silkələmiş istefa qərarı ilə bağlı maraqlı status yazıb.

Sozcu.info bildirir ki, 1999-cu ildə Prezident Heydər Əliyevin köməkçisi Eldar Namazov, beynəlxalq məsələlər üzrə müşaviri Vəfa Quluzadə və xarici işlər naziri Tofiq Zülfüqarov vəzifələrindən istefa verdiklərini bəyan etmişdilər. Böyük rezonans doğurmuş həmin addım Azərbaycanın Qarabağla bağlı danışıqlarda güzəştlərə vadar edilməsinə etiraz kimi qiymətləndirilimişdi.

Həmin dövrdə hakimiyyətə loyal olan bir sıra tanınmış siyasətçilər, ictimai xadimlər, jurnalistlər bu "üçlüyün” istefasını dövlət əleyhinə olması barədə açıqlamalar verir bu addımı tənqid edirdilər.

Qeyd edək ki, istefa vermiş şəxslər müxtəlif vaxtlarda öz qərarları barədə bəzi məqamları KİV-ə danışıblar.

Tofiq Zülfüqarov istefa qərarından sonra ona qarşı edlən hucumlarla bağlı maraqlı detalı açıqlayıb.

Sabiq nazir yazıb ki, vəzifədən getdikdən sonra bir çoxları mərhum prezident Heydər Əliyevin diqqətini çəkmək üçün belə tənqidləri genişləndirmişdilər: "Məni, Vəfa bəyi, Eldar müəllimi tənqid edirdilər. Heydər Əliyev iclasların birində bu şəxslərə xəbərdarlıq edərək dedi ki, "bilmədiyiniz məsələlərdən danışmayın və bir də bu şəxsləri tənqid etməyin”.

Prezidentin bu xəbərdarlığından sonra istefa verən sabiqlərə qarşı tənqidlər dayandırılıb.

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}