"AYAZ MÜTƏLLİBOV BU GÜN DƏ RUSİYANIN ƏLİNDƏ ALƏTDİR"

"AYAZ MÜTƏLLİBOV BU GÜN DƏ RUSİYANIN ƏLİNDƏ ALƏTDİR"

 

Taliyət Əliyev: "Sərdar Cəlaloğlunun keçmişi də, bu günü də şəffafdır”

Keçmiş prezident Ayaz Mütəllibov ADP sədri Sərdar Cəlaloğlunun Türkiyə-Azərbaycan konfederasiyası yaradılması təklifinə birvaxtlar tutduğu vəzifəyə və yaşına yaraşmayan şəkildə reaksiya verib. O, "Ölkə.Az”-a açıqlamasında deyib ki, bu cür məsələlərin gündəmə gətirilməsi Azərbaycanın müstəqilliyinə təhdiddir: "Bu cür təkliflər Azərbaycanın üzləşdiyi real vəziyyətlərə ziddir. Bu, "qudurğanlıqdır””.

Keçmiş Azərbyacan prezidenti olan bu adamın işlətdiyi ifadə onu göstərir ki, bu adamın vaxtilə siyasi opponenti olan Sərdar bəyə qarşı fikirləri qərəzlidir. Bu qərəz müsahibədə də aydın hiss olunur.

Ayaz Mütəllibov onu da qeyd edib ki, əgər Sərdar Cəlaloğlunun xaricdən dayağı olmasaydı, o bu cür fikirləri işlətməzdi.

Əslində, özü daim Rusiyanın qulluğunda müntəzir dayanan bir şəxsin başqa birinə böhtan atması da başa düşüləndir. Çünki o cür adamlar həmişə başqalarını da özünə yoldaş etmək niyyəti güdür. Amma ağa qara yapışmadığı kimi, Sərdar bəyə də ləkə, böhtan yapışmaz.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və ilk sədri Etibar Məmmədov da "Ölkə.Az”a açıqlamasında bildirib ki, Sərdar Cəlaloğlunun bu cür fikirləri çox zərərlidir: "Sərdar Cəlaloğlu belə deyəndə, başqaları da "Rusiyaya, İrana birləşək” deyəcək”.

Maraqlıdır ki, Sərdar Cəlaloğlunun Türkiyə-Azərbaycan konfederasiyası yaradılması təklifini səsləndirdiyi vaxtdan 2 aydan çox vaxt keçib, onda E. Məmmədov harada idi ki, bu məsələ indi onun yadına düşü?! Müzakirəsi çoxdan bitmiş bir məsələnin gündəmə gətirilməsi isə görünür ki, Etibar Məmmədova da lazım imiş ki, vaxtilə Sərdar bəyə olan incikliyini büruzə versin. E. Məmmədov məsələyə obyektiv yanaşmadığı kimi, bu fikirləri sifarişlə söylədiyi də ortadadır. Elə hər məsələyə bu cür "operativ” cavab verirsiniz, Etibar bəy?

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə də adıkeçən saytda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə bağlı heç bir fakta söykənməyən fikirlər səsləndirib. Guya ki, Sərdar Cəlaloğlunun bütün ailə üzvləri Avropada yaşayır. Halbuki, Sərdar bəy həyat yoldaşı və oğlu ilə birlikdə Bakıda yaşayır. Bir də ki, müxalif partiya rəhbərlərinin övladlarının xaricdə yaşaması qəbahətdir ki?1

A. Əlizadə Sərdar Cəlaloğlunun oğlunun Londonda evi, özünün isə Bakıda bahalı evi və avtomobili olduğunu da qeyd edir. Maraqlıdır ki, iqtidarda əyləşən ən kiçik idarə və qurumların rəhbərlərinin Azərbyacanda, xarici ölkələrlədə saysız-hesabsız əmlakları olduğu halda, müxalif partiya rəhbərinin mülkü varsa da belə, niyə olmasın ki?

A.Əlizadə Sərdar bəyin Azərbaycanın Türkiyənin bir əyalətinə çevrilməsini arzuladığını deyir. Əslində, Sərdar bəy heç zaman Azərbaycanın Türkiyənin bir əyalətinə çevrilməsini arzulamır. Konfederativ dövlətdə birləşmək Azərbaycanın Türkiyənin bir əyalətinə çevrilməsi anlamına gəlməz. Türkiyə bu gün də Azərbayacana dəstək verir və etiraf edək ki, Azərbyacanın bu dəstəyə ehtiyacı var. Əgər bu dəstəyi mərhum Azərbyacan prezidenti Heydər Əliyev hiss etməsəydi, o zaman Türkiyəni nəzərdə tutub, "biz bir millət, iki dövlətik” şüarını da səsləndirməzdi. Deməli, Türkiyə-Azərbaycan birliyinə hər zaman ehtiyac var.

Məsələnin təəssüfverici məqamı ondan ibarətdir ki, A.Əlizadə və Sərdar bəyə qarşı kampaniya aparan digər şəxslər unudurlar ki, onun Türkiyə-Azərbaycan konfederasiyası yaradılması təklifi səslənəndən xeyli sonra bu fikrə qarşı olan şəxslər kimlərinsə sifarişini həyata keçirir. Bu isə həmin insanların obyektivlikdən uzaq olduğunu göstərir.

Azərbaycanın xarici siyasəti mövzusuna həsr olunan həmin teledebatda "Dostumuz eyni, düşmənimiz eyni olacaq” deyə Türkiyəni nəzərdə tutan ADP sədri əslində, doğru vurğulayıb. Çünki bu gün Azərbaycan və Türkiyənin dostu da, düşməni də eyni olmalıdır ki, birlikdə güclü olaq.

"Sərdar Cəlaloğlunun keçmişi də, bu günü də şəffafdır”

Похожее изображение

ADP sədri Sərdar Cəlaloğlu barədə aparılan kampaniya il bağlı ADP sədrinin müavini Taliyət Əliyev "Hürriyyət”ə dedi ki, bu, Sərdar bəyin qardaşı oğlu şəhid Rasim Məmmədovun ailəsinin yaşadığı evin SOCAR-ın işçiləri tərəfindən sökülməsinə cəhddən sonra Sərdar Cəlaloğluna qarşı aparılan bir kampaniyadır: "SOCAR-ın əməkdaşlarının qanunazidd əməllərinə qarşı Sərdar bəyin bacısı oğlu Vüqar Məmmədovun SOCAR-ın prezidenti Rövnəq Abdullayevə yazdığı müraciətdən sonra bu ailəyə qarşı total bir hücum başlayıb. Görünən odur ki, bu hücum məhz Rövnəq Abdullayevin maliyyələşdirdiyi mətbuat orqanları tərəfindən həyata keçirilir və ehtimal olunur ki, bunun arxasında Prezident Aparatının da məmurları dayanır. Çünki bu təsadüf ola bilməz ki, eyni zamanda 5-6 saytdan eyni vaxtda, eyni məzmunda Sərdar Cəlaloğluna qarşı bu cür kampaniya həyata keçirilir. Çox təəssüf ki, bunlar Sərdar Cəlaloğluna qarşı heç bir ciddi arqument ortaya qoya bilmirlər. Çünki Sərdar Cəlaloğlunun keçmişi də, bu günü də şəffafdır. O, özünün bütün şüurlu fəaliyyətini Azərbaycan xalqının, dövlətçiliyinin uğrunda mübarizəyə həsr etmiş bir adamdır. Sadəcə olaraq, onu vurmaqdan ötrü yalan, böhtan, şantaj dolu informasiyalar mətbuata buraxılır və bu informasiyalardan biri də Sərdar bəyin prezident seçkiləri ərəfəsində təbliğat-təşviqat dövründə teledebatların birində Azərbaycanın Türkiyə ilə bir konfederativ dövlətdə birləşməsi ilə bağlı fikilərini səsələndirməsidir ki, bu gün bunu Sərdar bəyin əleyhinə yönəltməyə cəhd edirlər. Amma bu, çox uğursuz bir ittihamdır”.

T. Əliyev diqqətə çatdırdı ki, Azərbaycan xalqının, dövlətçiliyinin tarixinə bələd olan şəxslər bilir ki, Azərbaycan dövlətinin bu gün də, 1918-ci ildə də varlığının qorunub saxlanılmasında Türkiyənin müstəsna xidmətləri olub: "Azərbaycanı ilk müstəqil dövlət kimi tanıyan da Türkiyə dövlətidir. Bu gün Azərbaycanın maraqlarını beynəlxalq aləmdə təmənnasız şəkildə müdafiə edən və Azərbaycan dövlətinin varlığında xüsusi əhəmiyyət daşıyan dövlət də Türkiyədir. Buna görə də biz qardaş Türkiyə dövlətinə öz minnətdarlığımızı zaman-zaman və bu gün də bildiririk”.

"Azərbaycan dövlətçiliyi üçün çox ciddi təhdid məhz şimaldandır”

Əliyev nəzərə çatdırdı ki, bu gün regionda və dünyada çox ciddi siyasi proseslər gedir:"Amma Azərbaycan bu regionda təklənmiş bir vəziyyətdədir. Bu gün bizim ərazilərin 20 faizi işğal altındadır və bu işğalı edən Ermənistandır və onun arxasında duran da Rusiyadır. Ermənistan Rusiyanın dominantlığı altında fəaliyyət göstərən hərbi bir blokun, yəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Azərbaycan isə bunun üzvü deyil. Nə də ki, Azərbyacan NATO-ya üzv olmaqda bir o qədər maraqlı deyil. Belə bir halda, Azərbaycan işğala məruz qalan bir dövlət kimi bu regionda təklənmiş bir vəziyyətdədir. Ona görə də bü gün Azərbaycan dövlətçiliyi üçün çox ciddi təhdid məhz şimaldandır, Türkiyə tərəfindən deyil. Sərdar bəy də bu şərtləri nəzərə alaraq Azərbaycanla Türkiyəni bir konfederativ dövlətdə birləşməsini arzu etdiyini və bunun da Azərbaycan üçün xüsusi bir əhəmiyyət daşıdığını qeyd edib. Bu fikirə ilk zamanlar müəyyən təpkilər oldu, sonra bu yaddan çıxarıldı. Bu da Azərbaycanda Rusiyanın "5-ci kolonu” tərəfindən ADP sədrinə qarşı görülən ittihamlardır. İndi bunun üstündən 3-4 ay keçəndən sonra gündəmə gətirilib. Halbuki, o adamların heç bir arqumenti yoxdur ki, Sərdar bəyi ittiham etsin”.

"Ayaz Mütəllibov Azərbaycan Xalq Hərəkatı tərəfindən qovulmuş bir adamdır”

ADP sədrinin Ayaz Mütəllibov tərəfindən ittiham olunmasına gəlincə, T. Əliyev vurğuladı ki, bütün Azərbaycan xalqına məlumdur ki, Ayaz Mütəllibov Rusiyanın adamıdır, Rusiyabaşlı bir adamdır: "Hakimiyyətdə olduğu dönəmdə də Rusiyanın Azərbyacanda maraqlarını həyata keçirmək istəyib və Azərbaycan Xalq Hərəkatı tərəfindən də qovulmuş bir adamdır. O, bügünləri də faktiki olaraq Azərbyacanda Rusiyanın maraqlarını müdafiə edən şəxsdir. Çünki bu adam Azərbaycanı tərk edəndə də uzun müddət getdi, Rusiyaya sığındı. Rusiyaya sığınan, indi də gəlib Azərbyacanda oturub, Rusiyanın maraqlarını müdafiə edən adamdan bundan artıq açıqlama gözləmək belə absurd olardı. Yəni bu adam dəfələrlə bəyan edib, bu gün də bildirir ki, Azərbyacanın taleyini Rusiya ilə bir yerdə görür. Amma bu adam düşünmür ki, Azərbyacanın uzun illər başına gətirilən bəlaların, torpaqların işğal olunmasını və bu gün də Azərbyacanın müstəqil siyasət həyata keçirməsinə çox ciddi maneələr törədən məhz Rusiyadır. Guya ki, Azərbyacan dövləti Türkiyə ilə bir yerdə olsa, Azərbaycan dövlətçiliyi üçün təhdiddir. Bu, kökündən yanlış bir yanaşmadır”.

"Ayaz Mütəllibov hakimiyyətdə olsa, yenə də Azərbaycanı Rusiyanın boyundurğuna salardı”

Əliyev hesab edir ki, Azərbaycanda məskunlaşmış "5-ci kolon”un ümumi mövqeyi bundan ibarətdir ki, Azərbyacanı yenidən Rusiyanın boyunduruğuna salsınlar: "Türkiyəni isə Azərbaycan xalqına az qala düşmən bir dövlət kimi göstərməyə cəhd edirlər. Yəni tamamilə yanlış, avantürist bir ideyadır. Bu, sadəcə olaraq Rusiyabaşlı bir insanın sərgilədiyi bir mövqedir və bundan artıq da heç nə gözləmək olmaz. Mən düşünürəm ki, bu gün də Ayaz Mütəllibov hakimiyyətdə olsa, yenə də Azərbaycanı Rusiyanın boyundurğuna salar. O, nəzərə almaz ki, 1937-ci illərdə Azərbaycanın 10 minlərlə ziyalısını qıran, Sibirə sürgün edən, Azərbaycanın torpaqlarını işğal edən, bu gün Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasına, eyni zamanda Azərbaycanın torpaqlarının hərbi yolla azad olmasına maneə törədən, Azərbaycanın müstəqil bir dövlət kimi dünya arenasına çıxmasına bütün maneələri törədən Rusiyadır. Yəni belə bir hal olduğu halda, Rusiyanın maraqlarından çıxış etmək nə qədər vətənpərvər bir mövqedir?! Sərdar bəyin Azərbaycanı Türkiyə ilə konfederativ bir dövlətdə dövlət kimi arzulamasına görə az qala bunlar Sərdar bəyi vətənə xəyanətdə suçlasınlar. Əkisnə, bunların özlərinin mahiyyəti, düşüncəsi vətənə xəyanətdən başqa bir şey deyil. Çünki bir dövlət ki, sənin ziyalılarını, genefondunu məhv edə, sənin ərazilərini işğal edə, sən gedib buna qucaq açmağa hazırsan, amma səni rusun işğalından azad edən, səni müstəqil bir dövlət kimi tanıyan, sənin maraqlarını bütün dünyada müdafiə edən dövləti isə az qala yad bir dövlət kimi təqdim etməyə cəhd göstərirsən. Bu, həm Azərbaycan cəmiyyəti, həm də bizim tərəfimizdən rədd olunan bir mövqedir”.

"Məhkəmə sənədləri artıq hazırlıq mərhələsindədir”

"Biz baş verənlərlə bağlı partiya olaraq bəyanat vermişik. Bu şeyləri də kəskin şəkildə pisləmişik. Bununla bağlı ölkə başçısına da müraciət olunub ki, bu çirkin kampaniyanın durdurulması il bağlı öz səlahiyyətlərindən istifadə edib, bu məsələyə bir nöqtə qoysun. Paralel olaraq srağagün partiyanın idarə heyətində də bu məsələlər geniş müzakirə olundu. Hansı ki, o saytlar və həmin saytlarda Sərdar bəyi aşağılayan, onun şərəf və ləyaqətini alçaltmağa cəhd edən, işgüzar nüfuzuna xələl gətirən bu açıqlamalarla bağlı məhkəmə davasının açılması ilə bağlı qərar qəbul olunub və bununla bağlı müvafiq məhkəmə instansiyalarına müraciət olunacaq. Məhkəmə sənədləri artır hazırlıq mərhələsindədir”, - deyə ADP sözçsü əlavə etdi.

"Ayaz Mütəllibov, sən bu vaxta qədər kimdən dəstək almısan?”

T. Əliyev sual etdi ki, desinlər görək, Sərdar Cəlaloğlu hansı ölkədən dayaq alır? Əgər xaricdən dəstək alırsa, bu məntiqlə Sərdar Cəlaloğlu dəstəyi Türkiyədən ala bilərdi. Əslində, biz Türkiyədən dəstək alırıqsa, bununla fəxr edə bilərik ki, Türkiyə dövləti, türk xalqı bizə dəstək verir. Ay Ayaz Mütəllibov, sən bu vaxta qədər kimdən dəstək almısan? Sən Azərbaycan xalqının düşmənindən dəstək almısan və bu gün də ondan dəstək alırsan. Birincisi, biz Türkiyədən hər hansı dəstək alırıq deyə, onların maraqlarını müdafiə etmirik. Biz Türkiyə ilə qardaş bir dövlətik, dini, qanı bir dövlətik. Ona görə də təmənnnasız Türkiyə xalqının və dövlətinin maraqlarını müdaifə etmişik və edəcəyik. Bizə xaricdən hər hansı bir dəstəyə ehtiyac yoxdur. Amma Ayaz Mütəllibov özü Azərbaycan xalqının qanına əli batmış bir dövlətdən dəstək alır. Ayaz Mütəllibovun özünün xalq qarşısına çıxmağa belə sifəti yoxdur. Gedib bağ evinə girib, orada oturur, oradan da çölə çıxa bilmir. Çünki onun üzü yoxdur, onun əlləri elə Azərbaycan xalqının qanına batmış bir adamdır. 20 yanvar faciəsinin törədilməsində bu adamın məsuliyyəti var. Ondan sonra baş verən hadisələrdə də bu adamın məsuliyyəti bu günə qədər müəyyən olunmayıb. Getsin, Azərbaycan xalqına qarşı törətdiyi qanuna zidd mətləbdən danışsın. Əslində, onun ahıl çağında bu cür açıqlamalar verməsi onu göstərir ki, Ayaz Mütəllibov bu gün də Rusiyanın əlində alətdir. Alət olmasaydı, ahıl vaxtında bu cür sərsəm bəyantlar verməzdi”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}