“Mən zəhərlənən pambıqçılara görə..." - İstefa verən rəisdən AÇIQLAMA

“Mən zəhərlənən pambıqçılara görə..." - İstefa verən rəisdən AÇIQLAMA

 

Xəbər verdiyimiz kimi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb.

Sozcu.info xəbər verir ki, unikal.org-a açıqlama verən Camal Quliyev zəhərlənən pambıqçılara görə işdən çıxarılması ilə bağlı yayılan xəbərə münasibət bildirib:

"Mən zəhərlənən pambıqçılara görə işdən çıxarılmamışam. Başqa işə keçəcəyim üçün öz ərizəmlə tutduğum vəzifədən ayrıldım. Çalışacağım sahə kənd təsərrüfatı ilə bağlı olmayacaq. Yeni fəaliyyət göstərəcəyim sahə də dövlət qurumlarından biri olacaq. Bu barədə yaxın günlərdə məlumat verəcəm”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}