Pensiyaların yenidən hesablanması və şəhid ailələrinə müavinətlə bağlı büdcədən 300 mln. manat ayrılacaq

Pensiyaların yenidən hesablanması və şəhid ailələrinə müavinətlə bağlı büdcədən 300 mln. manat ayrılacaq

 

""Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdən sonra pensiyaya çıxanların sonradan pensiyalarını hesablaması və digər məsələlərlə bağlı əlavə 173 milyon manat lazımdır”.

 
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitənin iclasında komitə sədri Hadı Rəcəbli deyib.

 
O qeyd edib ki, komitə dövlət büdcəsindən tələb olunan vəsaitin ayrılması üçün qanunlara əlavə və dəyişikliklər edib: "Bütün bunlar prezidentimizin xeyir duası ilə görülən işlərdir. Prezident şəhid ailələrinə müavinətin verilməsi ilə bağlı daha bir addım atıb. Bu məqsəd üçün də 98 milyon manat vəsait lazımdır. Beləliklə 300 milyon manata yaxın vəsait təkcə bu sosial məqsədlər üçün nəzərdə tutulur”.
apa



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}