Ziya Məmmədovun Bakıdakı villasında yanğın

Ziya Məmmədovun Bakıdakı villasında yanğın

 

Bakıda "Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanğın başlayıb. "Qafqazinfo” xəbər verir ki, hazırda Teymur Əliyev küçəsində yerləşən villaların biri yanır.
Sozcu.info  xəbər verir ki, şahidlərin "Qafqazinfo”ya verdiyi məlumata görə, yanan mülk sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.

Hazırda hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.

"Qafqazinfo"nun əməkdaşları hadisə yerinə gedib. Məlum olub ki, Ziya Məmmədova məxsus olan mülklərdən birində səhər saatlarında yanğın başlayıb. Belə ki, elektrik şitində qəfil alovlanma baş verib və yanğının böyüməsinin qarşısı alınıb.

Villanın mühafizəçiləri bildirib ki, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları çağırılıb və yanğının qarşısı qısa müddətdə alınıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}